
BakıKart tətbiqində yaranan problemlə bağlı vətəndaşlar narazılıqlarını bildirirlər.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, artıq bir neçə saatdır tətbiq vasitəsilə karta onlayn qaydada vəsait yükləmək mümkün deyil. Müxtəlif bank kartları ilə cəhd göstərilsə də, ödəniş əməliyyatı baş tutmur.
Sakinlər bildiriblər ki, tətbiqdə mövcud pul kisəsi balansından istifadə etmək mümkün olsa da, yeni vəsait əlavə etmək funksiyası işləmir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.