
Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 5 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 07:20-də qeydə alınıb. Zəlzələnin ocağı 15,59 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Elazığ, Adıyaman, Tunceli və Şanlıurfa vilayətlərində də hiss olunub. Hadisə nəticəsində itki və dağıntı barədə hələlik məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.