
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna keçidi rəsmiləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ekstraklasa təmsilçisi 29 yaşlı hücumçunu 1 illik icarəyə götürüb.
Çenstoxova şəhərinin klubu mövsümün sonunda azərbaycanlı oyunçunu almaq hüququna malikdir.
Emreli artıq "Rakuv"la rəsmi müqavilə imzalayıb.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.