22-07-2026, 13:48 40

Azərbaycan mediası beynəlxalq informasiya mühitində ölkə maraqlarını müdafiə edən strateji platformadır - RƏY

Bu gün Azərbaycan mediası yalnız ölkədaxili informasiya məkanının aparıcı institutu deyil, həm də beynəlxalq informasiya mühitində ölkənin maraqlarını müdafiə edən mühüm strateji platformadır.

AVESTA.AZ xəbər verir ki, bunu report-a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının milli oyanış tarixini, maarifçilik hərəkatını, dövlətçilik ideyalarının formalaşmasını və müstəqillik uğrunda mübarizəsini mətbuatdan ayrı təsəvvür etmək mümkün deyil: "Xalqın ictimai fikrinin formalaşmasında, milli kimliyinin qorunmasında, azərbaycançılıq ideologiyasının inkişafında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində milli mətbuatın müstəsna rolu olub".

Deputat deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat dövlət quruculuğu prosesinin əsas sütunlarından biri idi: "Lakin sovet hakimiyyəti illərində senzura jurnalistikanın sərbəst inkişafını məhdudlaşdırdı. Mətbuat dövlət ideologiyasının təbliğ vasitəsinə çevrildi və söz azadlığı ciddi məhdudiyyətlərlə üzləşdi. Bununla belə, milli mətbuat ənənələri tamamilə itməyərək gələcək müstəqillik dövrü üçün zəmin yaratdı. 1980-ci illərin sonlarında başlayan milli azadlıq hərəkatı zamanı qəzetlər və jurnalistlər xalqın müstəqillik arzularının ifadəçilərinə çevrildilər".

Azərbaycan mediası beynəlxalq informasiya mühitində ölkə maraqlarını müdafiə edən strateji platformadır - RƏY

Ş.Seyidzadənin fikrincə, Azərbaycanın dövlət müstəqilliyinin bərpası milli medianın inkişafı üçün yeni mərhələnin başlanğıcı olub: "1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra media sahəsində geniş islahatlara start verildi. Həmin dövrə qədər mövcud olan siyasi və iqtisadi qeyri-sabitlik mətbuatın inkişafına ciddi maneələr yaradırdı. Ulu Öndər Heydər Əliyev söz və məlumat azadlığının demokratik dövlət quruculuğunun əsas prinsiplərindən biri olduğunu bəyan etdi. 1998-ci ildə dövlət senzurasının tamamilə ləğv olunması Azərbaycanın media tarixində dönüş nöqtəsinə çevrilib".

O qeyd edib ki, son iyirmi ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: "Dövlət başçısı dəfələrlə vurğulayıb ki, güclü dövlət yalnız güclü informasiya siyasəti ilə beynəlxalq aləmdə öz mövqeyini qoruya bilər. Buna görə də media siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbul edilməsi, daha sonra Medianın İnkişafı Agentliyinin yaradılması media islahatlarının institusional əsaslarını formalaşdırdı. Bu gün jurnalistlərin peşəkarlığının artırılması, media subyektlərinin maliyyə dayanıqlığının gücləndirilməsi, rəqəmsal medianın inkişafı, innovativ layihələrin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir".

Milli Məclisin deputatı 44 günlük Vətən müharibəsi dövründə jurnalistlərin cəbhə bölgəsində operativ informasiya yaymaqla yanaşı, Ermənistanın dezinformasiya kampaniyasına qarşı mühüm informasiya mübarizəsinə diqqət çəkib.

"Azərbaycan jurnalistləri dünyanın müxtəlif media qurumlarına obyektiv məlumatlar təqdim etdilər, işğal nəticəsində dağıdılmış şəhər və kəndləri, mülki əhaliyə qarşı törədilmiş cinayətləri sənədləşdirdilər. Postmüharibə dövründə də media Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdış proqramını və Azərbaycanın sülh gündəliyini beynəlxalq ictimaiyyətə çatdırmaq missiyasını davam etdirir. Bu gün media qarşısında yeni çağırışlar dayanır. Süni intellekt, rəqəmsal platformalar və sosial şəbəkələr informasiya istehsalı prosesini kökündən dəyişir. Belə şəraitdə peşəkarlıq, obyektivlik, etik davranış və faktların yoxlanılması daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri milli informasiya təhlükəsizliyinin qorunması, dezinformasiyanın qarşısının alınması, media savadlılığının artırılması və rəqabətqabiliyyətli milli informasiya resurslarının inkişaf etdirilməsidir".

Paylaş

Xəbər lenti

Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR