
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib.
AVESTA.AZ xəbər verir ki, paylaşımda deyilir:
"1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
Ana dilimiz milli kimliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin əsas dayaqlarından biridir. Dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin məsuliyyətidir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.