
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
AVESTA.AZ xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu "Sabah"ın potensial rəqibi müəyyənləşəcək.
Xatırladaq ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv ilk təsnifat mərhələsində Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.
Komanda III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.