
"Qarabağ" akademiyasının heyətini yeni futbolçu ilə gücləndirib.
AVESTA.AZ xəbər verir ki, Ağdam klubu Pakistanın U-17 milli komandasının kapitanı Əbdül Səmmadı heyətinə cəlb edib. Gənc yarımmüdafiəçi ölkəsinin "POPO" klubundan "Qarabağ" akademiyasına transfer olunub.
Pakistan mətbuatında bu keçid ölkə futbolu üçün mühüm addım kimi qiymətləndirilir. Yerli KİV-lər Əbdül Səmmadın Avropaya, xüsusilə də Azərbaycanın ən uğurlu klublarından biri olan "Qarabağ"a qoşulmasının gənc pakistanlı futbolçular üçün yeni imkanlar yaradacağını vurğulayırlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.