
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 88 ünvanında küçənin girişinə şlaqbaum quraşdırılıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, bu səbəbdən taksi xidmətləri həyətə daxil ola bilmir, həmçinin şəxsi avtomobillə giriş-çıxışda da ciddi çətinlik yaranıb.
"Məhlənin girişi işıqfordur, yol kənarında da dayanacaq var, ona görə məhləyə daxil olmadan yol kənarında maşın saxlamaq da olmur", - deyə şikayətçi vurğulayıb.
Ərazidən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.