
Azərbaycanda 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Prezident İlham Əliyevin imzaladığı Fərmanla bu sahədə qanunun tətbiqi təmin olunacaq. Məqsəd uşaqların internet mühitində təhlükəsizliyini gücləndirmək və onları zərərli məzmunlardan qorumaqdır.
Mövzu ilə bağlı BAKU.WS-ə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, qəbul edilən qərarın uğurlu nəticə verməsi üçün təkcə dövlətin deyil, valideynlərin də üzərinə böyük məsuliyyət düşür:
"Bu prosesin əsas nəzarəti valideynlərin üzərinə düşür. Qanunun effektiv işləməsi üçün valideynlərin dəstəyinə ehtiyac var. Uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət təkcə dövlət qurumlarının üzərinə düşə bilməz".
Deputat qeyd edib ki, ev daxilində dövlətin bu prosesi tənzimləməsi mümkün deyil:
"Cəmiyyətin bütün təbəqələri birlikdə hərəkət etməlidir ki, uşaqlar bu təhlükələrdən qoruna bilsinlər".
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.