
Türkiyənin "Trabzonspor" klubunun belçikalı hücumçu Romelu Lukakunun transferi üçün də təşəbbüs göstərdiyi iddia olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Sky Italia nəşri məlumat yayıb.
Məlumata görə, Mohamed Salah transferi ilə gündəmə gələn Trabzonspor 33 yaşlı futbolçu ilə danışıqlar aparıb. Lakin Lukakunun bu təklifə müsbət yanaşmadığı və karyerasını başqa istiqamətdə davam etdirmək istədiyi bildirilib.
Qeyd edək ki, Romelu Lukaku peşəkar karyerası ərzində 692 rəsmi oyunda meydana çıxıb. O, bu matçlarda 324 qol vurub və 100 məhsuldar ötürmə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.