
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar.
AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Sazişə əsasən üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək.
Sənəd avqustun 7-də Məkkədəki Əl-Səfa sarayında keçirilən birgə müdafiə üzrə sammitdə imzalanıb.
Sazişi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif imzalayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.