10-08-2026, 11:48 8

Səhiyyə Nazirliyi Elnarə Canlının fəaliyyəti ilə bağlı Baş Prokurorluğa müraciət edib

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyəti ilə bağlı plan üzrə və plandankənar yoxlamalar həyata keçirilir, yoxlamalar zamanı aşkar olunan hüquq pozuntuları aktlaşdırılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyəti ilə bağlı AEM-ə daxil olmuş vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə araşdırma və plandankənar yoxlama həyata keçirilib.

Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının lisenziya tələb olunan özəl tibb fəaliyyət növünü müvafiq lisenziya olmadan həyata keçirməsi ilə bağlı vətəndaş müraciəti əsasında AEM tərəfindən araşdırma aparılıb və 08.05.2025-ci il tarixində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı Elnarə Canlının lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji fəaliyyət) ilə məşğul olması müəyyən edilib.

Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 08.05.2025-ci il tarixli, MN 2156869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, qanunvericiliyə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılmış məlumatlar əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22.12.2025-ci il tarixli, MN 2406895 və 20.02.2026-cı il tarixli, MN 2407064 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək qanunvericiliyə uyğun olaraq növbəti icraata göndərilib.

Sonuncu yoxlama zamanı fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.

AEM tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilmiş yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziya olmadan kosmetoloji fəaliyyətini davam etdirməsi müəyyən edilib. Bununla əlaqədar onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 13 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib.

Nazirliyin müraciətində lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji fəaliyyət) məşğul olma faktına hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi xahiş olunub.

Beləliklə, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi və AEM tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanına da müraciət edilib.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya digər pozuntularla bağlı AEM-ə aşağıdakı vasitələrlə məlumat verə bilərlər:

"Bir pəncərə" sektoru;

Qaynar xətt: (012) 596 05 20;

E-poçt: aem@pharma.az;

Rəsmi sayt: www.pharma.az ("Müraciət" bölməsi).

Daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və zərurət yarandıqda səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər görülür.

Paylaş

Xəbər lenti

Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər Bu gün, 21:48 Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Bu gün, 21:48 Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ Bu gün, 21:48 Bir sinifdən 13 nəfər "Tibb"ə qəbul oldu: Məzunlardan biri 700 bal toplayıb Bu gün, 21:48 Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? Bu gün, 20:48 Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO Bu gün, 20:48 Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB Bu gün, 20:48 Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: "Mismarla gözünü çıxarmaq istəyirdim" Bu gün, 20:48 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu Bu gün, 20:48 Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb Bu gün, 19:48 Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət Bu gün, 19:48 Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibah dövrünün əlamətidir Bu gün, 19:48 Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı Bu gün, 19:48 Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib Bu gün, 18:48 Şamaxı sakinlərini boğaza yığan problem: "21-ci əsrdir, belə yaşayış olar?!" Bu gün, 18:48 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək Bu gün, 18:48 Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək Bu gün, 18:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... Bu gün, 18:48 Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək Bu gün, 18:48 Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır Bu gün, 18:48 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Bu gün, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Bu gün, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Bu gün, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Bu gün, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Bu gün, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Bu gün, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Bu gün, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Bu gün, 16:48 Kəlbəcərə dolu yağıb Bu gün, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Bu gün, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Bu gün, 16:48 Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır" Bu gün, 16:48 "Barselona"ya getmək istəyən Alvarezə Simeonedən gözlənilməz mesaj Bu gün, 16:48 BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb! Bu gün, 15:48 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib Bu gün, 15:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı Bu gün, 15:48 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb Bu gün, 15:48 Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ Bu gün, 15:48 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub Bu gün, 15:48 Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik Bu gün, 15:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib Bu gün, 15:48 "Pafos"da son oyunları buraxan Murad Məmmədov 2-3 həftəyə yaşıl meydanlara qayıdacaq Bu gün, 15:48 "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib Bu gün, 15:48 Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR