
"Mançester Siti"nin ispaniyalı futbolçusu Rodri mövsümün başa çatmasından sonra sevgilisi ilə birlikdə istirahətə yollanıb.
AVESTA.AZ xəbər verir ki, futbolçunun tətil zamanı çəkilən görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Kadrlarda cütlüyün birlikdə vaxt keçirdiyi anlarda onların yanından bikinili bir qadının keçdiyi görünür.
Bu zaman Rodrinin başını çevirərək həmin istiqamətə baxması kameralara düşüb. Sözügedən görüntülər qısa müddətdə sosial mediada yayılıb və futbol azarkeşlərinin diqqətini çəkib.
Videodakı bir neçə saniyəlik epizod müxtəlif istifadəçilər tərəfindən fərqli reaksiyalarla qarşılanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.