
"Kəpəz" "Zirə"dən ayrılan Namik Ələskərovu transfer edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "sarı-göylər"in formasını geyinəcək.
Namik Ələskərov son mövsümdə "Zirə"nin heyətində çıxış edib.
2015/2016 mövsümünün ikinci yarısında "Kəpəz"in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namik Ələskərov Azərbaycan millisinin də formasını geyinib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.