
"Kəpəz" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Gəncə təmsilçisindən "Report"a verilən məlumata görə, portuqaliyalı İqor Rodriges "sarı-göylər"in formasını geyinəcək.
28 yaşlı qolkiperlə mövsümün sonuna qədər müqavilə bağlanıb.
Onun son klubu ölkəsində “Feyrense” olub. O, Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klublarında oynayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.