
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
AVESTA.AZ xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda Ukraynanın "Dinamo Kiyev" klubunu qəbul edəcək.
Kiyevdəki ilk görüşdə 0:1 hesabı ilə məğlub olan "Qarabağ" Bakıda bu nəticəni dəyişməyə çalışacaq. Matç saat 20:00-da başlayacaq.
Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Stüart Attvell olacaq.
"Qarabağ" mərhələni keçəcəyi təqdirdə pley-offda "Tvente" - DAC 1904 cütünün qalibi ilə üz-üzə gələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.