13-08-2026, 12:48 5

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

BAKU.WS xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğuladı, ölkələrimizin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd etdi. Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlətimizin başçısı Berlində izmalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyətini vurğuladı, bunun münasibətlərimizi keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, bu gün biz artıq bir çox sahələrdə strateji qarşılıqlı əlaqələr haqqında danışırıq və ticarət, investisiyalar, biznes sahələrində mövcud olan imkanlar ikitərəfli əlaqələrimizi gücləndirir. Dövlətimizin başçısı səfirin Azərbaycanda fəaliyyətə onun Almaniyaya rəsmi səfərindən sonra başladığını vurğulayaraq, bunun ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından çox önəmli olduğunu diqqətə çatdırdı.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə minnətdarlığını bildirən Dirk Lölke ötən il avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı öz növbəsində regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını, sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğuladı.

Səfir Almaniya hökumətinin Prezident İlham Əliyevin səfərinin nəticələrindən çox məmnun olduğunu qeyd etdi. O, müzakirə olunmuş işlərin tezliklə icra ediləcəyinə ümidvarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər və son dövrlərdə bu əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika vurğulandı.

Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi və Almaniya şirkətlərinin gələcəkdə bu marşrutun imkanlarından istifadə etmələri, ənənəvi və bərpaolunan enerji, eləcə də təhsil sahələrində əməkdaşlıq imkanlarına toxunuldu.

Paylaş

Xəbər lenti

Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb Bu gün, 22:48 Estoniya Moldovada səfirlik açır Bu gün, 22:48 Ronaldosuz Portuqaliya daha yaxşı oynayır? - 3 oyunda 3 qələbə Bu gün, 22:48 Biran Damla Yılmaz Aybüke Pusatı izləmədən çıxardı Bu gün, 22:48 Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir Bu gün, 21:48 Ceyhun Bayramovla Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər Bu gün, 21:48 Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb Bu gün, 21:48 Bakıda yolların rəngi niyə dəyişə bilər? - Ekspertdən maraqlı təklif Bu gün, 21:48 Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb Bu gün, 21:48 "Euronews": "Formula-1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub Bu gün, 21:48 Bu məktəbə xanım direktor təyin olundu Bu gün, 20:48 Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Bu gün, 20:48 Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır Bu gün, 20:48 Maaşlar 15-20 faizə qədər arta bilər - SEVİNDİRİCİ XƏBƏR Bu gün, 20:48 Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır Bu gün, 20:48 Bakıda yeni tikili mənzillərin qiymətləri sentyabrda illik 14 %-dən çox artıb Bu gün, 19:48 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi Bu gün, 19:48 "Fənərbağça"nın sabiq qapıçısı İlie Datku vəfat edib Bu gün, 19:48 Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 19:48 Bu rayonda yollar TƏMİR EDİLƏCƏK - Küçələrin adları Bu gün, 19:48 AAYDA: "Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır" Bu gün, 19:48 Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib Bu gün, 18:48 Alimlər bunu ilk dəfə bacardılar: Zədələnmiş göz toxuması bərpa edildi Bu gün, 18:48 Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır Bu gün, 18:48 Rusiyada insanları silah gücünə kölə kimi işlədən dəstə ifşa olundu Bu gün, 18:48 FHN bu ərazilərdə yeni xilasetmə məntəqələri tikdirəcək - SİYAHI Bu gün, 18:48 Qazaxıstanda 14 hərbçinin ölümü ilə bağlı araşdırmanın nəticələri açıqlandı Bu gün, 18:48 "Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək Bu gün, 17:48 Övladlığa götürülən uşaqlarla bağlı sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb Bu gün, 17:48 XƏBƏRDARLIQ - Hava kəskin PİSLƏŞİR - Şimşək, dolu, qar... Bu gün, 17:48 Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var Bu gün, 17:48 Bakıda mənzil QİYMƏTLƏRİNDƏ ŞOK ARTIM - Bu rayonlarda 20%-i keçdi Bu gün, 17:48 Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb Bu gün, 17:48 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi Bu gün, 17:48 Şəhid yoldaşından duyğulandıran sözlər: "Güllə yağışı altında yaralıları xilas edirdi" Bu gün, 17:48 Avropada növbəti muzeyi soymaq istədilər Bu gün, 16:48 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır Bu gün, 16:48 Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli açıqlanıb Bu gün, 16:48 Şəhidimizin adını daşıyan gəmi Qara dənizdə dronla vurulub, ölənlər var Bu gün, 16:48 Bakıda marşrut avtobusu belə aşdı - ANBAAN VİDEO Bu gün, 16:48 Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər Bu gün, 16:48 Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb Bu gün, 16:48 "Baldır Yar" 1 milyon izlənildi - Röyadan yeni rekord Bu gün, 16:48 İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Bu gün, 16:48 Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir Bu gün, 16:48 Ben Afflek Şakira ilə münasibət iddialarını təkzib edib Bu gün, 15:48 Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL Bu gün, 15:48 FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR