
"Barselona" "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri üçün daha bir rəsmi təklif göndərməyə hazırlaşır.
AVESTA.AZ xəbər verir ki, Kataloniya klubu 30 yaşlı futbolçunun transferi ilə bağlı "Mançester Siti"yə artıq iki təklif göndərib. İngiltərə təmsilçisi əvvəlcə 50 milyon avroluq, daha sonra isə 60 milyon avroluq təklifi rədd edib.
İnsayder Fabritsio Romanonun sözlərinə görə, tərəflər arasında birbaşa danışıqlar davam edəcək. "Mançester Siti"nin Rodri üçün ən azı 80 milyon avro tələb etdiyi bildirilir.
İspaniyalı futbolçu 2025/26 mövsümündə Premyer Liqada 21 oyunda meydana çıxıb və 1 qol vurub. Rodri Çempionlar Liqasında isə 5 matç keçirib və məhsuldar fəaliyyətlə yadda qalmayıb.
"Barselona"nın üçüncü təklifinin məbləği və "Mançester Siti"nin buna münasibəti yaxın günlərdə bəlli olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.