
Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford Transit" markalı nəqliyyat vasitəsilə "KamAZ" markalı yük maşını toqquşub.
Hadisə nəticəsində Mirzəyev Elnur Elman oğlu və kimliyi hələ məlum olmayan digər şəxs ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.