
İspaniyanın "Barselona" klubu "Sportinq"in kolumbiyalı hücumçusu Luis Suaresin transferi üçün tələb olunan 80 milyon avroluq məbləği yüksək hesab edir.
BAKU.WS insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu məbləği ödəməyə hazır deyil.
"Sportinq" isə futbolçunun transfer qiymətini azaltmaq niyyətində deyil. Portuqaliya klubunun Suaresin komandada qalacağına ümid etdiyi bildirilir.
Qeyd edək ki, 27 yaşlı forvard ötən mövsüm "Sportinq"in heyətində bütün turnirlərdə 53 matça çıxıb. O, bu görüşlərdə 38 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.