
Suriyanın Hələb şəhərinin şimal-qərbində beşmərtəbəli binanın çökməsi nəticəsində biri uşaq olmaqla 10 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Sana” agentliyi məlumat yayıb.
Dağıntılar altında ən azı 30 nəfər var. Xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir.
Çökmənin əsas səbəbi kimi binanın bünövrəsinin aşınması göstərilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.