19-08-2026, 15:48 40

Bakıda ən çox bina bu rayonda söküləcək - YENİ AÇIQLAMA

Bakı şəhərinin Baş Planı 30 dekabr 2023-cü il tarixli Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiqlənib.

AVESTA.AZ-in məlumatına görə, planda yaşayış fondunun yenilənməsi, qəzalı binaların sökülməsi, ərazilərin regenerasiyası və infrastrukturun inkişafı nəzərdə tutulur.

Baş Plan paytaxtın demək olar ki, bütün rayonlarını əhatə edir. Maraqlıdır ki, plana əsasən Bakının hansı rayonlarında sökünütü işləri aparılacaq? Hansı binalar ilkin mərhələdə söküləcək?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc AVESTA.AZ-ə bildirib ki, sökülən binaların yerində yeni yaşayış komplekslərinin tikilməsi nəzərdə tutulursa, bunun üçün investor cəlb edilməli, yaxud layihə dövlət və özəl sektorun birgə iştirakı ilə həyata keçirilməlidir:

"Bu isə müəyyən qədər uzun prosesdir. Hansı əraziyə investor maraq göstərirsə, həmin istiqamətdə layihənin reallaşdırılması üçün müvafiq müraciətlər edilir. Bu səbəbdən dövlətin ümumi söküntü və yenilənmə planı olsa da, konkret ərazidə işlərin nə vaxt başlanması həm investorun marağından, həm də dövlət büdcəsindən və həmin ərazidə planlaşdırılan abadlıq layihələrindən asılıdır.

Mövcud gözləntilərə görə, ilk mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən ticarət və tikinti materialları bazarlarının ərazilərində söküntü işlərinin aparılması gündəmdədir.

Bundan başqa, Mərkəzi Parkın genişləndirilməsi, "İçərişəhər" metrosu ətrafı və "Təzəpir" məscidinin yaxınlığında da planlama və yenilənmə işləri həyata keçirilir. Bayıl qəsəbəsinin də söküntü və yenilənmə prosesində ön sıralarda olacağı gözlənilir.

Binəqədi rayonunda Birinci, İkinci və Üçüncü mədən massivləri, həmçinin Biləcəri qəsəbəsi, xüsusilə Asəf Zeynallı küçəsi istiqamətində də söküntü və abadlıq işlərinin aparılması nəzərdə tutulan ərazilər sırasındadır. Ümumilikdə ən çox söküntü digər rayonlarla müqayisədə Binəqədi rayonu ərazisindəki binaları əhatə edəcək.

Yasamal və Nəsimi rayonlarında da bir-birinə çox yaxın və sıx şəkildə tikilmiş, köhnəlmiş iki mərtəbəli binalar da plana düşəcək. Söküntü prosesinin Nizami, Xətai, Sabunçu, Suraxanı və Pirallahı rayonlarının müxtəlif ərazilərini də əhatə etməsi gözlənilir. Eyni zamanda, Sumqayıtda da bu istiqamətdə işlərə başlanıldığı və daha genişmiqyaslı söküntü layihələrinin həyata keçirilməsinin gözlənildiyi bildirilir".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

FHN Ucarda kompleks mülki müdafiə təlimi keçirib Bu gün, 14:48 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" Bu gün, 14:48 Şura: Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib Bu gün, 14:48 Blok3 nişanda məcməyiyə bir dəstə pul qoydu Bu gün, 14:48 Gürcüstanda keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb Bu gün, 14:48 Norman: Bakı və London regiona Britaniya investisiyalarının cəlb edilməsi üzərində birgə çalışırlar Bu gün, 14:48 Sosial evlərdə mənzil vədi ilə 90 min manatdan çox pul mənimsəyən şəxsə hökm oxundu Bu gün, 14:48 Travmatologiya xəstəxanasında sümük xəstəliklərini təyin edən cihaz yoxdur? - Açıqlama Bu gün, 14:48 İnsultdan sonra yaddaşı qorumağa kömək edən QİDALAR Bu gün, 14:48 Bakıda məşhur xəstəxana SÖKÜLÜR? - RƏSMİ AÇIQLAMA Bu gün, 14:48 Papaya təsbeh atdılar - ANBAAN GÖRÜNTÜ Bu gün, 14:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı ittiham aktının detalları açıqlanıb Bu gün, 13:48 17 noyabrda nə baş verəcək? - "Simpsonlar"dakı daha bir tarix gündəmdə... Bu gün, 13:48 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA Bu gün, 13:48 Nigar Camal özünə lüks və bahalı maşın aldı Bu gün, 13:48 Ev almaq istəyənlərin DİQQƏTİNƏ! 91 mənzil satışa çıxarılır – Aylıq ödəniş 419 manatdan başlayır Bu gün, 13:48 Bella və Cicinin 78 yaşlı atası nişanlandı Bu gün, 13:48 Conni Depp Baham adalarındakı 1940-ci ildən qalma evində neynir? Bu gün, 12:48 Bakıda səkkiz aylıq hamilə qadın öldü Bu gün, 12:48 Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik? Bu gün, 12:48 Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq Bu gün, 12:48 Bakıda damda yatan TƏHLÜKƏ - Külək bizə hansı "sürpriz"i hazırlayıb? Bu gün, 12:48 Argentinada 18 yaşlı futbolçu başından aldığı zərbədən sonra vəfat etdi Bu gün, 12:48 Sabah Bakıda bəzi şəhərətrafı ərazilərdə az yağış yağacaq Bu gün, 12:48 Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti dayandırılır? - RƏSMİ AÇIQLAMA Bu gün, 12:48 22 yaşlı futbolçu matç zamanı həyatını itirdi Bu gün, 11:48 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" Bu gün, 11:48 Dərsliklərin ictimai müzakirəsində iştirak zəifdir: Nazirlik rəqəmləri açıqladı Bu gün, 11:48 Conni Depp Baham adalarındakı 1940-ci ildən qalma evində neyniyir? Bu gün, 11:48 Mətanət Əsədova: "Bir yanlışım olub ki, müğənni olmuşam" Bu gün, 11:48 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 11:48 "SOCAR PETROLEUM" və "KFC Azerbaijan" YDM-lərdə restoran şəbəkəsini genişləndirir Bu gün, 11:48 Nurmaqomedov azadlığa buraxıldı – məhkəmə qərarı dəyişdi Bu gün, 11:48 Həbib Nurmaqomedov BƏƏ-də görüntüləndi - Komanda üzvlərini buraxdırmağa gedibmiş Bu gün, 10:48 Bakının üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib Bu gün, 10:48 Zakir Həsənov hərbçilərə ali rütbələri təqdim edib Bu gün, 10:48 Mərdəkanda uşaqlar yük avtomobillərini daşa basıblar Bu gün, 10:48 Azərbaycanda qeyri-neft ixracına dəstək veriləcək Bu gün, 10:48 Məşhur aktyor xəstəxənaya yerləşdirildi - Bu gecə əməliyyat olunacaq Bu gün, 10:48 Bakıda avtomobil motosikletçini vuraraq öldürüb Bu gün, 10:48 Azərbaycanlı aktrisanı məcbur işdən çıxarıblar: "Dedilər ki, ərizəni yaz..." Bu gün, 10:48 Siyəzəndə avtomobil "Kamaz"la toqquşub, bir nəfər ölüb Bu gün, 10:48 Azərbaycanda 9 ayda 500 nəfər yol qəzasında ölüb – STATİSTİKA Bu gün, 10:48 Brilliant Dadaşova: "18 yaşında atamın evini təmir etdirmişəm" Bu gün, 10:48 Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı Bu gün, 09:48 Hikmət Hacıyev Aİ rəsmiləri ilə Avropa İttifaqı - Azərbaycan münasibətlərini müzakirə edib Bu gün, 09:48 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 4 dollara yaxın ucuzlaşıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR