20-08-2026, 11:48 59

Azercell

Azercell insan kapitalının inkişafı və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi layihələrlə "2026 Brandon Hall Group HCM Excellence Awards"da üç mükafat qazanıb.

İnsan kapitalının idarəedilməsi sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə şirkətin "İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası" layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı "Liderlik bacarıqlarının inkişafı proqramı" gümüş, "AI Bootcamp" layihəsi isə bürünc mükafata layiq görülüb.

"İnsan kapitalına investisiya şirkətimizin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır", – deyə Azercell-in İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd edib.

Azercell şirkət miqyasında RPA və süni intellekt həllərinin tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə edir. SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının 80–90%-i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.

Azercell əməkdaşlarının davamlı inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business School ilə birgə hazırlanan "Liderlik bacarıqlarının inkişafı proqramı" şirkət əməkdaşlarında özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.

Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır. Azercell-in dəstəyi ilə həyata keçirilən "AI Bootcamp" ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət edib.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma və ölçülə bilən nəticələr kimi meyarlar əsasında qiymətləndirilir. Azercell-in əldə etdiyi nəticə şirkətin texnoloji transformasiya və insan kapitalının inkişafına verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir.

Paylaş

Xəbər lenti

Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir Bu gün, 00:48 Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi Dünən, 23:48 " Oyunu dəyişən adam": Harri Keyni "Qızıl top"a aparan uğur hekayəsi Dünən, 23:48 Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib Dünən, 23:48 Gəncədə 35 yaşlı kişinin meyiti dostunun evində tapıldı Dünən, 22:48 Kiyevliləri çətin qış gözləyə bilər Dünən, 22:48 Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb Dünən, 22:48 Pervin Buldan Öcalanın köçürüldüyü yeni məkanla bağlı açıqlama verib Dünən, 21:48 Fransada etiraz aksiyalarında 78 nəfər xəsarət alıb Dünən, 21:48 İlon Mask: Mars ABŞ-nin bir hissəsi olacaq Dünən, 21:48 "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub Dünən, 20:48 Bir qığılcım faciəyə səbəb ola bilər: Bakıda yataqxanada təhlükəli vəziyyət Dünən, 20:48 Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb Dünən, 20:48 Moskvada terror aktına hazırlaşmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb Dünən, 20:48 Rafinya Messinin rekord göstəricisini təkrarlayıb Dünən, 19:48 İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir Dünən, 19:48 Mətbuat Şurasının sədri jurnalistə qarşı zorakılığa münasibət bildirdi Dünən, 19:48 Salyanda ağır qəzada ölən şəxslərin fotoları Dünən, 18:48 İranlı generaldan xəbərdarlıq: "Növbəti müharibədə məhdudiyyət tanımayacağıq" Dünən, 18:48 Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb Dünən, 18:48 İranda COVID-19-a yoluxma artır Dünən, 17:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi Dünən, 17:48 "Neftçi" "Şamaxı"ya qalib gələrək liderliyə yüksəldi Dünən, 17:48 Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı" Dünən, 16:48 Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək Dünən, 16:48 Azərbaycanlı professor vəfat edib Dünən, 16:48 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu Dünən, 15:48 ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var Dünən, 15:48 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək Dünən, 15:48 Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Dünən, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Dünən, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Dünən, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Dünən, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Dünən, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Dünən, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Dünən, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Dünən, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Dünən, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Dünən, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Dünən, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Dünən, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Dünən, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Dünən, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Dünən, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Dünən, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Dünən, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Dünən, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Dünən, 10:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR