
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiq oğlu idarə etdiyi "Mercedes E 200" markalı, avtomobil ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində 1966-cı il təvəllüdlü Nağıyeva Mehriban Bəşir qızını vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.