Bu gün, 19:48 117

Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı

Messi və Ronaldu artıq milli komandalarında yoxdurlar. Lionel barədə bunu konkret söyləyə bilərik. 7 oktyabrda Beninə qarşı yoldaşlıq oyunu onun üçün Argentina formasında sonuncu idi. Messi 21 il davam edən yığma karyerasını qol və iki məhsuldar ötürmə ilə başa vurdu.

Kriştiano Ronaldu ilə bağlı mənzərə fərqlidir. Ulduz oyunçunun yığma karyerasını bitirməsi ilə bağlı rəsmi açıqlama verilməyib. Bu isə spekulyasiyalara yol açır. Yenidən qayıdacağı ilə bağlı xəbərlər də var, bir daha milli formanı geyinməyəcəyini deyənlər də. Reallıq "körpülərin yandığını" göstərir. Ronaldu Millətlər Liqasında Norveçlə görüşdən sonra yığmanın düşərgəsini tərk edib, illərdir kürəyində daşıdığı 7 nömrə isə Rafael Leaoya verilib.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı

İlklərə imza atan adam

Ronaldu 2003-cü ildə Portuqaliya millisində debüt edərkən cəmi 18 yaşı var idi. Cəmi bir il sonra isə o, yığmada ilk böyük turnirini keçirdi. Öz ölkəsində təşkil olunan Avropa çempionatında Ronaldu gələcəyin böyük ulduzu olacağının siqnalını vermişdi. Komandası isə finala qədər irəliləsə də, həlledici görüşdə turnirin sürprizi Yunanıstanla bacarmadı.

İlk Avropa çempionatında hələ yeniyetmə görünüşünü tam itirməmiş Ronaldu bundan 12 il sonra komandasını ilk dəfə "köhnə qitə"nin ən güclüsü edəcəkdi. 2016-cı ildə Fransa ilə final oyununa çıxan Portuqaliyanın lideri məhz Kriştiano idi. O, həlledici qarşılaşmanın əvvəlində zədələnərək meydanı tərk etsə də, komandanı kənardan dəstəklədi və Portuqaliya tarixində ilk böyük milli komanda titulunu qazanmasında əsas pay sahiblərindən biri oldu.

Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı

Üç il sonra Portuqaliya yeni yaradılmış Millətlər Liqasının ilk qalibi kimi tarixə düşdü. Altı il sonra Ronaldu yenidən həmin kuboku başının üzərinə qaldırdı.

Kriştiano dünya futbolunda milli komandalar üzrə ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur. Millidə 234 görüşdə meydana çıxan forvard 146 dəfə fərqlənməyi bacarıb. Bu, beynəlxalq futbol tarixində mütləq rekorddur və bundan sonra kiminsə ona çatması olduqca çətin görünür. O, həmçinin, altı Avropa çempionatında və altı dünya çempionatında iştirak edən ilk futbolçu kimi tarixə düşüb.

Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı

Messinin enişli-yoxuşlu yolu

Messinin Argentina millisində hekayəsi Ronaldu ilə müqayisədə daha dramatikdir. Onun yığmadakı ilk oyunu 2005-ci ildə Macarıstana qarşı baş tutub. Debüt cəmi bir neçə saniyə davam edib. Gənc oyunçu meydana çıxdıqdan az sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Kim deyərdi ki, bu qısa və uğursuz başlanğıc dünyanın ən böyük milli komanda karyeralarından birinin ilk pərdəsidir...

Ümumiyyətlə, Messinin milli karyerası uzun illər yalnız təəssüf dolu anlarla assosiasiya olunur. 2007-ci ildə Amerika Kubokunun finalında onun komandası Braziliyaya uduzdu. 2014-cü il Dünya çempionatının həlledici qarşılaşmasında Messinin qarşısını Almaniya kəsdi. Ardınca Argentina iki dəfə Amerika Kubokunun finalında Çiliyə uduzdu. Səbir kasası daşan Messi 2016-cı ildə milli komandadan getmək qərarını açıqladı. Amma bu ayrılıq uzun çəkmədi və qayıdışından sonra hər şey tam fərqli olmağa başladı.

Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı

2021-ci ildə Messi yığmada ilk böyük titulunu qazandı. Əfsanəvi "Marakana" stadionunda keçirilən final oyununda Argentina Braziliyanı məğlub edərək Amerika Kubokunu əldə etdi. Bir il sonra "gümüşülər" İtaliyaya qarşı "Finalissima"da qələbə qazandı.

Messi milli komanda karyerasının zirvəsinə isə Qətərdə yüksəldi. 2022-ci il Dünya çempionatının finalında Argentina Fransanı penaltilər seriyasında məğlub etdi. Messi isə iki qol vurmaqla çempionluqda əvəzsiz pay sahibi oldu. Bu, həm də Argentinanın 36 illik həsrətinin başa çatması idi.

2024-cü ildə Argentina ikinci dəfə Amerika Kubokunu qazandı. Bu il Dünya çempionatında "Leo" Argentina ilə yenidən finala çıxsa da, burada İspaniyanı yenmək mümkün olmadı. Ümumilikdə, Messi dünya çempionatlarını 34 oyun və 21 qolla başa vurub. O, mundiallarda ən çox oyun keçirən və iki dəfə turnirin ən yaxşı oyunçusu seçilən futbolçudur. Messi yığma karyerasını 208 oyunda vurduğu 126 qolla başa çatdırdı.

Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı

Fərqli vidalar

Messi və Ronaldunun milli komanda karyeraları bir-birindən kəskin fərqlənir. Kriştiano komandasına Portuqaliyanın tarixində əvvəllər olmayan iki böyük titulu qazandırdı. Messi isə böhran vəziyyətində olan Argentina millisini yenidən futbolun zirvəsinə qaytardı.

İllərlə dünya futbolunun ən böyük rəqabətinin əsas iştirakçıları olsalar da, onlar milli komandalar səviyyəsində cəmi bir dəfə üz-üzə gəliblər. 2011-ci ilin fevralında İsveçrədə Argentina ilə Portuqaliya yoldaşlıq oyunu keçirib. Cənubi amerikalıların 2:1 hesabı ilə qalib gəldiyi görüşdə hər ikisi fərqlənib. Ronaldu komandasının bərabərlik qolunu vurubsa, Messi son dəqiqələrdə penaltini dəqiq yerinə yetirərək argentinalılara qələbə qazandırıb.

Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı

İkili dünya çempionatlarında isə heç vaxt üz-üzə gəlməsələr də, həmişə mundiallarda da onların müqayisəsi aparılıb.

DÇ-2026 onların hər ikisinin son böyük səhnəsi oldu. Messi Argentina ilə finala qədər gəldisə, Ronaldu ciddi problemlərin müşahidə olunduğu Portuqaliya millisi ilə gözlənilənləri bacarmadı.

Nəhayət, onların hər ikisi milli komanda ilə vidalaşıblar. Messi getdiyini özü elan etdi, vida oyununa çıxdı, qol vurdu, assist etdi. Azarkeşlər onu layiq olduğu alqışlarla yola saldılar.

Karyerası daha emosional, daha çılğın keçən Ronaldunun vidası da buna müvafiqdir. Milli qapılarının onun üçün tamamilə bağlandığına dair rəsmi heç nə olmasa da, geyindiyi 7 nömrəli forma artıq başqa futbolçunun əynindədir. Yığması üçün çox böyük işlər görən bir oyunçunun bu formada gedişini azarkeşlər birmənalı qarşılamırlar. Ancaq hər necə olmasından asılı olmayaraq, geridə qalan böyük bir tarix, qırılan çoxlu rekordlar və unudulmaz bir milli komanda karyerası var.

Paylaş

Xəbər lenti

İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? Bu gün, 20:48 Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu Bu gün, 20:48 Roma Papası ağciyərindəki törəməyə görə əməliyyat olunacaq Bu gün, 20:48 Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb Bu gün, 20:48 Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Bu gün, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Bu gün, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Bu gün, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Bu gün, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Bu gün, 19:48 Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb Bu gün, 18:48 Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb Bu gün, 18:48 Biləsuvarda bir neçə avtomobil toqquşdu: Ölən var Bu gün, 18:48 Sabah Culfanın 13 kəndində işıq olmayacaq Bu gün, 18:48 Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Bu gün, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Bu gün, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Bu gün, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Bu gün, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Bu gün, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Bu gün, 16:48 Əməkdar jurnalist vəfat edib Bu gün, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Bu gün, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Bu gün, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Bu gün, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Bu gün, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48 Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib Bu gün, 10:48 Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48 Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün VII tura yekun vurulacaq Bu gün, 09:48 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR