
"Instagram" və "TikTok" sosial şəbəkələrinin fəaliyyətində problem yaranıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bəzi istifadəçilər platformalardan istifadə zamanı çətinliklərlə üzləşdiklərini bildirirlər.
Şikayətlərə əsasən, "Instagram"da lent yenilənmir, profillər açılmır. "TikTok"da isə paylaşımların yüklənməsində problem müşahidə olunur.
Yaranan problemin səbəbi və əhatə dairəsi hələlik məlum deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.