
Misli Premyer Liqasının 2026/2027 mövsümünün II turunda "Araz-Naxçıvan"ı 5:0 hesabı ilə məğlub edən "Neftçi" ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsini qazanıb.
AVESTA.AZ Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, cari mövsümdə qeydə alınan ilk böyükhesablı nəticədir.
"Ağ-qaralar" 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.
Qeyd edək ki, "Neftçi" ilk belə qələbəsini 1992-ci il mövsümündə Şamaxının "Şirvan" klubu üzərində 8:1 hesabı ilə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.