24-08-2026, 13:48 30

Azərbaycan-Özbəkistan münasibətləri siyasi müttəfiqlikdən vahid geoiqtisadi əməkdaşlıq modelinə keçir

Azərbaycan-Özbəkistan münasibətlərində 2026-cı il siyasi müttəfiqlikdən vahid geoiqtisadi və regional əməkdaşlıq modelinə keçid ili kimi qiymətləndirilə bilər. Bu yeni mərhələnin əsas siyasi hadisəsi Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri və Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi oldu. Bu format iki ölkə arasında strateji qərarların əlaqələndirilməsi və müttəfiqliyin konkret layihələrlə möhkəmləndirilməsi baxımından mühüm institusional mexanizmə çevrilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan–Özbəkistan ticarət dövriyyəsi 795 milyon ABŞ dollarına çataraq əvvəlki illə müqayisədə üç dəfədən çox artıb. 2026-cı ilin ilk aylarında isə ticarət 33 faiz artaraq 144 milyon dollara yüksəlib. Bu rəqəmlər münasibətlərin iqtisadi ölçüsünün sürətlə genişləndiyini göstərir. Lakin yeni mərhələnin əsas xüsusiyyəti yalnız ticarətin artması deyil. Əməkdaşlıq qarşılıqlı investisiyalar və birgə istehsala keçir. 500 milyon dollar kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti sənaye, tekstil, kənd təsərrüfatı, tikinti materialları və logistika kimi sahələrdə birgə layihələrin əsas maliyyə mexanizmlərindən birinə çevrilir. Bu baxımdan münasibətlərdə mühüm dəyişiklik baş verir: "almaq-satmaq" modelindən "birlikdə istehsal etmək və investisiya qoymaq" modelinə keçid müşahidə olunur.

"Azərbaycan–Özbəkistan əməkdaşlığının digər mühüm istiqaməti Orta Dəhlizdir. Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzi, Azərbaycan isə Xəzər vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas tranzit ölkələrdən biridir. 2025-ci ildə tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona, 2026-cı ilin ilk yarısında isə daha 12,2 faiz artaraq 675 min tona çatıb.

Bundan başqa, münasibətlərin yeni mərhələsinin ən perspektivli istiqamətlərindən biri də yaşıl enerji əməkdaşlığıdır. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji üzrə əməkdaşlıq Xəzər üzərindən Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə daha geniş bazarlara çıxarılması perspektivi yaradır. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri gələcəkdə yalnız neft-qaz əməkdaşlığı ilə deyil, yaşıl elektrik enerjisinin istehsalı, ötürülməsi və ixracı ilə də xarakterizə oluna bilər", - deyə deputat əlavə edib.

P.Vəliyeva sonda bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin 2026-cı ildə yeni mərhələyə keçməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, Türk dünyasının və Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin gələcəyi baxımından da strateji əhəmiyyət daşıyır. Əgər əvvəlki mərhələdə əsas məqsəd siyasi etimadın və hüquqi müttəfiqlik bazasının yaradılması idisə, yeni mərhələnin əsas hədəfi bu siyasi yaxınlığı ticarətə, investisiyaya, nəqliyyat dəhlizlərinə, regional layihələrə, humanitar əlaqələrə və real iqtisadi nəticələrə çevirməkdir. Ali Dövlətlərarası Şuranın avqustun 23-də keçirilən üçüncü iclası da məhz bu istiqamətdə mühüm platformadır.

Paylaş

Xəbər lenti

Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Bu gün, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Bu gün, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Bu gün, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Bu gün, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Bu gün, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Bu gün, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Bu gün, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Bu gün, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Bu gün, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Bu gün, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Bu gün, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Bu gün, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Bu gün, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Bu gün, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Bu gün, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Bu gün, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Bu gün, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Bu gün, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Bu gün, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Bu gün, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Bu gün, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Bu gün, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Bu gün, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Bu gün, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Bu gün, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Bu gün, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Bu gün, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Bu gün, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Bu gün, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Bu gün, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Bu gün, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Bu gün, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Bu gün, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Bu gün, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Bu gün, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Bu gün, 13:48 İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı Bu gün, 13:48 Xəzər dənizi geri çəkilir: Dağıstanın quru ərazisi 3 min kvadratkilometr artıb Bu gün, 13:48 Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Bu gün, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Bu gün, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Bu gün, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Bu gün, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Bu gün, 11:48 Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir Bu gün, 11:48 Murad Əhmədiyev və Sərxan Məmmədovdan dünya çempionatına inamlı start Bu gün, 11:48 Azərbaycanın bir sıra rayonlarına qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR