
Ağdamda genişmiqyaslı yanğın başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Abdal-Gülablı kəndində baş verib.
Yanğın qısa müddətdə 30 hektar əraziyə yayılıb.
Əraziyə Ağdam və Xocalı rayonlarının yanğınsöndürənləri cəlb edilib. Ərazinin minalı olması yanğına müdaxiləni çətinləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.