
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda bu gün daha iki qarşılaşma keçiriləcək.
BAKU.WS xəbər verir ki, saat 15:30-da Rumıniya millisi Belçika ilə üz-üzə gələcək.
Saat 18:30-da isə Niderland yığması İspaniyanı sınağa çəkəcək.
Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq. Azərbaycan millisi hazırda 8 xalla qrup lideridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.