
Xırdalan istiqamətində metro xəttinin çəkiləcəyi və şəhərdə yeni metro stansiyasının inşa olunacağı barədə məlumatlar son günlərdə sosial şəbəkələrdə və müxtəlif informasiya resurslarında yayılıb.
AVESTA.AZ-in məlumatına görə, sözügedən məlumatlar Xırdalanın sürətlə artan əhalisi və Bakı ilə şəhər arasında nəqliyyat əlaqələrinin yüklənməsi fonunda ictimai marağa səbəb olub.
Məsələ ilə bağlı metro xəttinin Xırdalana qədər uzadılmasının planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirmək üçün rəsmi "Bakı Metropoliteni" QSC-yə müraciət etdik.
Qurumdan AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirildi ki, "Bakı Metropoliteni"nin inkişafı ilə bağlı 2023-cü il dekabr ayının 30-da qəbul edilmiş "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na və 2025-ci il yanvarın 30-da təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Xırdalan şəhərində metro stansiyasının tikintisi nəzərdə tutulmayıb.
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.