Bu gün, 11:48 50

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas seçiminin nəticələri məlum olub. Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub.

BAKU.WS "AzPolitika"ya istinadən xəbər verir ki, artıq abituriyent adını qazanmış və ödənişli ixtisaslarda təhsil alacaq gəncləri və onların valideynlərini düşündürən əsas məsələ illik təhsil haqqı məbləğidir.

Məlumat üçün bildirək ki, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında dərc olunan qəbul planlarına görə, bu il də bir sıra universitetlər təhsil haqlarını artırıb.

Universitetlər üzrə təhsil haqqındakı artım belə olub:

– Azərbaycan Texniki Universiteti – 100-300 manat;

– Bakı Mühəndislik Universiteti – 100-500 manat;

– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 200-300 manat;

– Azərbaycan Turizm və Menecment Universiteti – 100 manat;

– Azərbaycan İdman Akademiyası – 500 manat;

– Sumqayıt Dövlət Universiteti – 100 manat;

– Lənkəran Dövlət Universiteti – 200-300 manat;

– Azərbaycan Kooperasiya Universiteti – 100-300 manat;

– "Azərbaycan" Universiteti – 300-500 manat;

– Bakı Avrasiya Universiteti – 200-300 manat;

– Odlar Yurdu Universiteti – 200-500 manat;

– Bakı Biznes Universiteti – 300 manat artım;

– Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 100 manat.

Qeyd edək ki, universitetlərdə illik ödənişlər bəzi proqramlarda 2 min manatdan başlasa da, ayrı-ayrı universitetlərdə 5 500 manata qədər yüksəlir.

Təqdim olunan qəbul planında ən yüksək məbləğlərdən biri Xəzər Universitetində qeydə alınıb. Burada bəzi ixtisaslar üzrə illik təhsil haqqı 5 500 manatadəkdir. Universitetin bəzi proqramlarında isə ödəniş 4 500, 5 000 və 5 500" manat aralığında göstərilib. Bu, qəbul balı və güzəşt mexanizmlərindən asılı olaraq tələbənin ödəyəcəyi məbləğin dəyişə biləcəyini göstərir.

I ixtisas qrupu – texniki və İT ixtisasları

I qrup üzrə universitetlərdə əsas diqqət kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, ekologiya və digər texniki istiqamətlərə yönəlib.

Azərbaycan Kooperasiya Universitetində Ekologiya mühəndisliyi və Kompüter mühəndisliyi üzrə illik təhsil haqqı 2 700 manatdır. Qida mühəndisliyi 2 600 manat, Şərabçılıq, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisaslarında isə ödəniş 2 800 manat təşkil edir.

"Azərbaycan" Universitetində İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi üzrə illik təhsil haqqı 2 500 manat müəyyənləşdirilib. İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan dilində təhsil 2 700 manat, ingilis dilində proqram isə 3 000 manatdır.

Qərbi Kaspi Universitetində I qrup üzrə ödənişlər daha yüksəkdir. Kompüter elmləri 3800 manat, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi və Kompüter mühəndisliyi isə 4 000 manatdır. İngilis dilində tədris olunan proqramlarda da əsasən eyni qiymətlər tətbiq olunur.

Xəzər Universitetində isə I qrup üzrə bir sıra ixtisaslarda daha yüksək ödənişlər nəzərdə tutulub. Kompüter elmləri üzrə 80, İnformasiya təhlükəsizliyi üzrə 50, Kompüter mühəndisliyi üzrə isə 100 plan yeri ayrılıb. Bu proqramlarda təhsil haqqı 4 500-5 500 manatadək yüksələ bilir.

II ixtisas qrupu – biznes və iqtisadiyyat

II qrup üzrə əsas istiqamətlər biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibat və turizmdir.

Azərbaycan Kooperasiya Universitetində bu ixtisaslar üzrə illik təhsil haqları əsasən 2200-2 800 manat arasında dəyişir. Universitetdə Biznesin idarə edilməsi üzrə 110, Marketinq üzrə 130, İqtisadiyyat üzrə 70, Maliyyə üzrə 80, Mühasibat üzrə isə 50 plan yeri ayrılıb.

"Azərbaycan" Universitetində biznes və iqtisadiyyat istiqamətində həm Azərbaycan, həm də ingilis dilində proqramlar təklif olunur. Təhsil haqları 2 000-3 000 manat arasındadır. Biznesin idarə edilməsi üzrə 70, Marketinq üzrə 70, Turizm işinin təşkili üzrə 80 plan yeri nəzərdə tutulub.

Qərbi Kaspi Universitetində II qrup üzrə əyani proqramların böyük hissəsində illik təhsil haqqı 3 800-3 900 manatdır. Qiyabi təhsil alanlar üçün isə bu məbləğ 2 600 manat səviyyəsindədir.

Xəzər Universitetində biznes və iqtisadiyyat istiqamətində xüsusilə ingilis dilli proqramlar önə çıxır. Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Menecment, Mühasibat və Turizm işinin təşkili üzrə proqramlara qəbul aparılır. Burada illik təhsil haqqının yuxarı həddi ixtisasdan asılı olaraq 4 500-5 500 manat arasında dəyişir.

III ixtisas qrupu – sosial elmlər və humanitar ixtisaslar

III qrup üzrə universitetlərdə beynəlxalq münasibətlər, regionşünaslıq, filologiya, tərcümə, tarix, politologiya, sosial iş və pedaqoji istiqamətlərə üstünlük verilir.

Qərbi Kaspi Universitetində III qrup üzrə təhsil haqqı əsasən 3 000-3 500 manat təşkil edir.

Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil müəllimliyi, İbtidai sinif müəllimliyi, Tarix müəllimliyi, Beynəlxalq münasibətlər, Filologiya, Politologiya, Regionşünaslıq və Tərcümə kimi ixtisaslar üzrə qəbul nəzərdə tutulub. Burada bəzi proqramların qiyməti 4 500-5 000 manatadək yüksəlir.

"Odlar Yurdu" Universitetində III qrup üzrə illik təhsil haqqı əsasən 3 000-3 500 manatdır.

IV ixtisas qrupu – tibbə yaxın və biologiya istiqamətləri

IV qrupda universitetlərdə ixtisas seçimi digər qruplarla müqayisədə daha məhduddur.

Qərbi Kaspi Universitetində Psixologiya, Biologiya, Biotexnologiya, Ekologiya, Su bioehtiyatları və akvakultura kimi proqramlar təqdim olunur. Təhsil haqları 3 000-3 500 manat arasında dəyişir.

Xəzər Universitetində Biologiya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Psixologiya, Biotexnologiya və Baytarlıq təbabəti üzrə qəbul aparılır. Bu proqramlarda təhsil haqqı bəzi hallarda 4 500 manatadək yüksəlir.

V ixtisas qrupu – dizayn və incəsənət

V qrupda özəl universitetlərdə əsasən dizayn və incəsənət istiqamətli proqramlar təqdim olunur.

Qərbi Kaspi Universitetində Dizayn üzrə Azərbaycan dilində 60, ingilis dilində isə 20 plan yeri ayrılıb. Hər iki proqram üzrə illik təhsil haqqı 3 500 manatdır.

Xəzər Universitetində Təsviri incəsənət müəllimliyi və Dizayn üzrə qəbul aparılır. Dizayn ixtisasında həm Azərbaycan, həm də ingilis dilində proqramlar mövcuddur. Təhsil haqqı 0-4 500 manat aralığında göstərilib.

Difər tərəfdən, ADA Universiteti ən yüksək təhsil haqqı tələb edən ali məktəblərdən biridir. Bakalavriat proqramlarında illik ödəniş ixtisasdan asılı olaraq təxminən 6 000-8 000 manat arasında dəyişir. Hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat və biznesin idarə edilməsi kimi istiqamətlər yüksək ödənişli proqramlar sırasındadır.

Azərbaycan Tibb Universitetində də bəzi ixtisaslar üzrə təhsil haqqı kifayət qədər yüksəkdir. "Müalicə işi", "Stomatologiya" və digər proqramlarda illik ödəniş 5 000-6 500 manat səviyyəsinə çatır.

Xəzər Universiteti isə özəl ali məktəblər arasında yüksək təhsil haqqı ilə seçilən universitetlərdəndir. 2026/2027-ci tədris ili üzrə bəzi bakalavriat proqramlarında illik ödəniş 5 500 manata qədər yüksəlir.

Buradan da aydın olur ki, xüsusilə illik ödənişi 5 000-8 000 manat olan proqramlarda dördillik təhsilin ümumi xərci tələbəyə 20-30 min manata başa gəlir ki, bu da kifayət qədər yüksək hesab olunan bir məbləğdir.

Bəs maraqlıdır, bu gün Azərbaycan universitetlərində verilən təhsil tələbələrin ödədiyi bu məbləğləri qarşılaya bilirmi?

Bu barədə təhsil eksperti Əmrah Həsənli bildirib ki, Universitetlərdə təhsil haqlarının artırılması məsələsinə yalnız rəqəmlər üzərindən yanaşmaq düzgün deyil: "Təhsil haqqının 5-6 min, hətta 8 min manata çatması öz-özlüyündə həmin məbləğin yüksək və ya aşağı olduğunu göstərmir. Əsas məsələ tələbənin ödədiyi vəsaitin qarşılığında hansı imkanları əldə etməsidir. Yüksək təhsil haqqı avtomatik olaraq təhsilin keyfiyyətinin də yüksək olması anlamına da gəlmir. Universitetin akademik heyəti, tədris proqramlarının müasirliyi, maddi-texniki bazası, tələbələr üçün yaradılan təcrübə və mübadilə imkanları, laboratoriyalar, infrastruktur, xarici dil mühiti, məzunların əmək bazarındakı nəticələri və tələbələrin əldə etdiyi kompetensiyalar əsas qiymətləndirmə meyarları olmalıdır".

"Azərbaycanda 5-8 min manat aralığında təhsil haqqının özünü doğrultmadığını deməzdim. Çünki bəzi universitetlərdə daha yüksək ödənişin arxasında əlavə imkanlar, beynəlxalq proqramlar, güclü akademik mühit və əmək bazarına daha sıx çıxış imkanları dayanır. Buna ən böyük nümunələrdən biri kimi ADA Universitetini göstərmək olar", – deyə Əmrah Həsənli qeyd edib.

Onun sözlərinə görə, universitetlər təhsil haqlarını müəyyənləşdirərkən tələbəyə və cəmiyyətə həmin məbləğin qarşılığını əsaslandırmağı bacarmalıdır.

Ekspert xaricdə təhsil məsələsində də yalnız universitetlərin illik təhsil haqlarının müqayisə edilməsinin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, 5-8 min manat səviyyəsində xaricdə universitet tapmaq mümkündür. Lakin bu zaman yaşayış, kirayə, sığorta, viza, nəqliyyat və digər xərclər də nəzərə alınmalıdır.

Əmrah Həsənli bildirib ki, bəzi ölkələrdə münasib təhsil haqqı ilə yanaşı tələbələrə daha geniş beynəlxalq akademik və karyera imkanları təqdim olunur: "Seçim Azərbaycan, yaxud xarici ölkə prinsipi ilə aparılmamalıdır. Əsas prinsip ödədiyim vəsaitin qarşılığında hansı universitetin mənə daha yaxşı akademik və karyera imkanları yaratması olmalıdır. Hazırda universitetlər arasında rəqabət yalnız diplom üzərindən deyil, tələbəyə verilən real dəyər üzərindən qurulur".

Ekspert hesab edir ki, 8 min manat təhsil haqqı ödəyən tələbə bunun qarşılığında sadəcə auditoriyada dərs saatı almamalıdır: "Tələbə müasir tədris, güclü müəllim heyəti, praktiki hazırlıq, beynəlxalq imkanlar və məzun olduqdan sonra əmək bazarında rəqabət üstünlüyü əldə etməlidir".

Ə. Həsənli gələcəkdə universitetlərin təhsil haqlarının əsaslandırılması və həmin ödənişlərin tələbələrə yaratdığı real imkanların daha şəffaf şəkildə göstərilməsinin vacib olacağını da vurğulayıb.

Paylaş

Xəbər lenti

ADY: Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb Bu gün, 12:48 Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək Bu gün, 12:48 Şükürbəyli və Horovluya qayıdan ailələrə evlərin açarları təqdim edilib Bu gün, 12:48 Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinə görə xəbərdarlıq edilib Bu gün, 12:48 Bakıda bu rayonda 4 bina sökülə bilər - ÜNVANLAR Bu gün, 12:48 XİN: Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir Bu gün, 11:48 Tokayev Qazaxıstan hökumətini istefaya göndərib Bu gün, 11:48 Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR Bu gün, 11:48 Xırdalan istiqamətində metro stansiyası açılacaq? - RƏSMİ CAVAB Bu gün, 11:48 Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib Bu gün, 11:48 Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı Bu gün, 11:48 Ramanada kamera quraşdıran 36 yaşlı kişi ölüb Bu gün, 11:48 Azərbaycan və Özbəkistan innovativ maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib Bu gün, 11:48 Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi? Bu gün, 11:48 AAYDA: Xocavənddə iki kəndin giriş yolları tikilir Bu gün, 11:48 Bakıda məşhur xəstəxananın təcili yardım şöbəsi TƏMİR OLUNACAQ Bu gün, 11:48 Nazirlikdən kirayə ev axtaran tələbələrə müraciət: Bu ifadələrə inanmayın Bu gün, 10:48 Azərbaycanın beş cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, güclü külək əsir Bu gün, 10:48 Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb Bu gün, 10:48 İnvestisiya Nazirliyi: SOCAR Özbəkistanda 2 milyard dollarlıq layihədə iştirak edir Bu gün, 10:48 "Sabah" Çempionlar Liqasından nə qədər qazanacaq? - MƏBLƏĞLƏR Bu gün, 10:48 Gürcüstanda qatar gecikirsə, sərnişinə pul ödənilir – Azərbaycanda necədir? Bu gün, 10:48 Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib Bu gün, 10:48 "Azərişıq" Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparır Bu gün, 10:48 Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq Bu gün, 10:48 Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı Bu gün, 10:48 Azərbaycanda vəzifəli şəxs qardaşının evində qəfil öldü Bu gün, 09:48 Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı Bu gün, 09:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatdı Bu gün, 09:48 ADY genişmiqyaslı rəqəmsallaşdırmaya hazırlaşır Bu gün, 09:48 Ballıqaya qətliamından 34 il ötür Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 92 dolları ötüb Bu gün, 09:48 Bakıda güclü külək nəticəsində 2 qadın xəsarət alıb Bu gün, 09:48 İlin son Ay tutulması başlayıb Bu gün, 08:48 Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 "Səs-küydən otura bilmirik" - Avropa Azərbaycan Məktəbindən NARAZILIQ Bu gün, 08:48 "Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA Bu gün, 08:48 Sumqayıtda BMW üç avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var Bu gün, 08:48 "Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR