
Bakıda Türkiyənin 30 Avqust Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Türk şəhidliyi abidəsinin önünə əklil qoyulub, sonra isə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
B.Akgün tədbirdəki çıxışında Türkiyənin Qurtuluş savaşı haqqında məlumat verib, həmçinin Azərbaycan və Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla anıb. Səfir iki ölkə arasında münasibətlərin daim yüksələn xətlə inkişaf edəcəyini vurğulayıb.
Qeyd edək ki, 1922-ci ilin avqustun 30-da Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.