Bu gün, 08:48 76

Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu

Bakıda 9, 21 və 27 saylı poliklinikaların birləşdirilərək vahid idarəetmə modeli əsasında fəaliyyət göstərməsi planlaşdırılır. TƏBİB bu addımı inzibati funksiyaların optimallaşdırılması və resurslardan daha səmərəli istifadə ilə əsaslandırır.

Lakin hamının cavab axtardığı əsas sual budur: dövlət tibb müəssisələrində onsuz da uzun növbələrin və pasiyent sıxlığının yüksək olduğu bir vaxtda üç poliklinikanın birləşdirilməsi xidmətlərin əlçatanlığına və keyfiyyətinə necə təsir edəcək?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Poliklinikaların birləşdirilməsi pasiyentlərin xeyrinə olmayacaq"

Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova hesab edir ki, poliklinikaların birləşdirilməsi pasiyentlərin xeyrinə olmayacaq. Onun sözlərinə görə, belə bir dəyişiklik həm müayinənin keyfiyyətinə, həm də həkimlərin iş yükünə mənfi təsir göstərə bilər: "Sağlamlıq, müayinənin dəqiqliyi baxımından faydalı olmayacaq. İcbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrində yük artıb. Hər bir həkimin və laboratoriyanın xəstə qəbulu ilə bağlı limiti var. Hər pasiyentə 10-15 dəqiqə vaxt sərf olunması qeyd edilir. Amma elə pasiyentlər var ki, onlarla 30-40 dəqiqə söhbət edirsən. Xəstə robot deyil, biz onları diqqətlə dinləməliyik. Əgər pasiyent yüksək səviyyəli müalicə almaq istəyirsə, həkim də diqqətini ona cəlb edir. Çöldəki növbə isə gözləmir: biri qapını döyür, biri deyir işə gecikirəm, biri deyir məktəbə uşaq aparıram və s. Həkim də tələsir və diqqəti dağılır. Bu, marketdən mal almaq deyil. Mən həkimi də qınamıram. Çünki onu çöldə 30-35 xəstə gözləyir. Təəssüf ki, növbəli sistemi hələ də qaydaya sala bilməyiblər".

Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu

Konveyer üsulu ilə müayinə

Ş.Namazova bildirir ki, poliklinikalar hər bir yaşayış ərazisində əhalinin müraciət edə biləcəyi tibb müəssisələridir və ətrafdakı insanlar da həmin müəssisələrə gedə bilirlər: "Poliklinikalar birləşəndə isə digər ərazidə yaşayan insanlar məcbur olub uzağa getməli olacaqlar. Müraciət edənlərin sayı üç dəfə arta bilər. Həkimlərin bu yükü qarşılaması fiziki baxımdan mümkün deyil. Keyfiyyətli, peşəkar xəstə müayinəsindən danışırıqsa, bu cür onu reallaşdırmaq mümkün olmayacaq. Bu, konveyer üsulu ilə müayinə olacaq və xaos yaradacaq. Elə insan var ki, ürəyi xəstədir, təngnəfəsliyi var, ayağı ağrıyır, çəliklə gəzir və s. Onlar həmin ərazidən digər əraziyə necə gedəcəklər?" Həkimin sözlərinə görə, poliklinikaların tutumu da bu qədər insanı qəbul edə bilməyəcək: "Yeni Klinika" kimi şəraitli bir yer olacaqsa, ona söz yoxdur. Amma dövlət poliklinikalarının şəraitini hamımız bilirik. Dəhlizdə nə qədər adam gözləyə bilər? Həm müalicənin effektivliyi baxımından, həm də fiziki yük baxımından bu, ağlasığmaz bir işdir. Lap tutaq ki, növbəli sistem oldu. Saat 2-dən sonra işdə olan həkimin qəbuluna gələn problemli xəstə necə ac qala bilər? Tutaq ki, qalxanvari vəzidə problemi olan xəstə növbəli sistemə düşüb. O, saat 2-yə qədər ac qalsa belə, ondan analiz götürülə bilməz. Bu analiz saat 11-ə qədər verilməlidir. Elə analizlər var ki, gündüz saat 11-ə qədər verilməlidir". Ş.Namzaovanın fikrincə, poliklinikaların birləşdirilməsi ixtisarlara da səbəb ola bilər: "Hər tərəfdən yanaşanda maneə ilə rastlaşırıq. Bu, bir tərəfdən pasiyentlərin həkim qəbuluna düşmə ilə bağlı vaxtını alacaq, keyfiyyətli müayinə olmayacaq, digər tərəfdən həkimlər də çox yüklənəcəklər. Həkimlərin ümumiyyətlə düşünməyə vaxtları qalmayacaq".

Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu

"Tibbi personalın sayı azaldılmırsa, xidmətə çıxışda problem olmamalıdır"

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov istənilən struktur dəyişikliyinin ilkin mərhələdə adaptasiya tələb etdiyini bildirir: "Bizim üçün əsas məsələ odur ki, bu inteqrasiya birbaşa xidmət keyfiyyətinin yüksəlməsində özünü göstərsin. Əgər binaların fəaliyyəti saxlanılırsa və fiziki məsafə dəyişmirsə, vətəndaş üçün mənfi hal yaranmamalıdır". Pasiyentlərin gözləmə müddətinin uzanması və xidmətə çıxışın çətinləşməsi riskinə gəlincə, A.Hüseynov hesab edir ki, belə bir riskin yaranmaması üçün proses düzgün idarə olunmalıdır: "Tibbi personalın sayı azaldılmırsa, xidmətə çıxışda problem olmamalıdır. Əksinə, üç poliklinikanın imkanlarının (məsələn, laboratoriya və ya diaqnostik avadanlıqların) birgə istifadəsi pasiyentin lazımi müayinədən daha tez keçməsinə şərait yarada bilər. TƏBİB-in də bəyan etdiyi kimi, optimallaşdırma tibbi heyətə toxunmur, yalnız təkrarlanan inzibati funksiyaları əhatə edir. Bizim də gözləntimiz odur ki, mərkəzləşmə həkimlərin üzərindəki qeyri-tibbi və bürokratik yükü azaldacaq. Həkim inzibati işlərə az vaxt sərf edərək bütün diqqətini pasiyentə ayıra biləcək. Bu da nəticə etibarı ilə həm həkimin iş şəraitinin yaxşılaşmasına, həm də müayinənin keyfiyyətinin artırılmasına zəmin yaradacaq".

Təşkilat rəhbərinin sözlərinə görə, səhiyyənin təşkilinin yüksək səviyyədə olması üçün pasiyentin qarşılaşa biləcəyi çətinliklər minimuma endirilməlidir: "Vacib addım səhiyyənin tam rəqəmsallaşması və davamlı maarifləndirmədir. Ən əsası, İctimai Monitorinq Qrupu yaradılmalıdır. Keçid dövründə vətəndaş şikayətlərini operativ həll etmək üçün Pasiyent Təşkilatı və TƏBİB nümayəndələrindən ibarət birgə işçi qrup təşkil olunmalıdır. Bunlar səhiyyənin idarə edilməsində yaranan çətinliklərin operativ və keyfiyyətli şəkildə həll olunmasına gətirib çıxaracaq".

Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu

"Mərkəzləşmiş müəssisə olsa, xəstə, yəqin ki, vaxt itirməz"

Həkim-terapevt Məlahət Abbasovanın da fikrincə, bu proses pasiyentləri nizamlaya bilər: "Ayrı-ayrı yerlərə paylaşmaqdansa, müraciətləri bir nöqtədə nizamlanar. Bəzən olur ki, hansısa bir tibb müəssisəsində xəstənin istədiyi prosedur icra olunmur. Pasiyent oradan çıxıb, yola pul xərcləməyə və başqa tibb müəssisəsinə getməyə məcburdur. Amma mərkəzləşmiş müəssisə olsa, xəstə, yəqin ki, vaxt itirməz və müayinəsi üçün lazım olan prosedurlar bir mərkəzdə daha əlçatan olar".

Paylaş

Xəbər lenti

Xulian Alvarez "Barselona"ya keçir? - "Atletiko"dan yazılı razılıq gəldi Bu gün, 10:48 Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb Bu gün, 10:48 Bakıda yayın son konserti keçirilib Bu gün, 10:48 Müəllimlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır Bu gün, 10:48 Daha 2 xarici sığorta brokeri Azərbaycan bazarına daxil olub Bu gün, 10:48 3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 "Mercedes"lə "Range Rover" toqquşdu Bu gün, 10:48 Azərbaycan XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib Bu gün, 10:48 Şimali Kiprdə batan sərnişin gəmisinin kapitanı həbs edilib Bu gün, 10:48 İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib Bu gün, 10:48 "Prius" manevr edərkən hadisə törədib, qaçdı Bu gün, 10:48 Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı Bu gün, 09:48 Kriptobazarda eniş dərinləşir: Bitcoin 78 min dollardan aşağı düşdü Bu gün, 09:48 Prezidentin işgüzar səfərini işıqlandırmaq üçün Qırğızıstana yola düşürlər Bu gün, 09:48 Nepalda daşqında ölənlərin sayı 900-ü ötdü Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq Bu gün, 09:48 Tanımadığı şəxsi ailəsinin gözü qarşısında döydü, cəzalandırıldı Bu gün, 09:48 Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu Bu gün, 08:48 Bakının 3 rayonunda qaz olmayacaq Bu gün, 08:48 ABŞ SEPAH mövqelərini vurdu, İran MQ-9-u hədəfə aldı Bu gün, 08:48 Bakının bu yollarında tıxac yaranıb Bu gün, 08:48 Bakının bir hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 08:48 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb Bu gün, 08:48 Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Dünən, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Dünən, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Dünən, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Dünən, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Dünən, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Dünən, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Dünən, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Dünən, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Dünən, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR