
İnsanın hər hansı hobbiyə səmimi və maraqla yanaşması beyin üçün faydalıdır.
AVESTA.AZ xəbər verir ki, bunu tibb elmləri doktoru, kardioloq Yuri Konyev NSN-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müntəzəm məşğuliyyətlər beyində koqnitiv ehtiyatın formalaşmasına kömək edir və demensiyanın inkişaf riskini azaldır. Xüsusilə zehni, fiziki və sosial aktivliyi birləşdirən fəaliyyətlər faydalı hesab olunur.
"Misal üçün, kolleksiyalarına böyük maraq göstərən numizmatlar daha uzun yaşayırlar. Ümumiyyətlə, sərbəst peşə sahiblərinin və yaradıcılıqla məşğul olan, sərt iş rejimi olmayan insanların ömrü daha uzun olur", – deyə mütəxəssis bildirib.
Həkim eyni zamanda onlayn oyunlara həddindən artıq aludə olmaqdan çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, kompüter qarşısında vaxtın səmərəsiz keçirilməsi sağlamlığa və inkişaf prosesinə müsbət təsir göstərmir.
Konyev qeyd edib ki, hobbi dəbdə olduğu üçün deyil, insanın həqiqi marağı olduğu üçün seçilməlidir. Onun fikrincə, insanı məcburi şəkildə hər hansı fəaliyyətə həvəsləndirmək mümkün deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.