4-09-2026, 15:48 112

S&P: SOCAR-la sövdələşmə

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlıq ABŞ-nin "Comstock Resources Inc." şirkəti üçün mayeləşdirilmiş təbii qaz (LNG) seqmentində yeni perspektivlər açır, ticarət imkanlarını və məhsulun satış kanallarını genişləndirir.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə "Comstock Resources Inc." şirkətinin SOCAR ilə niyyət məktubunu emitentin kredit profili üçün müsbət siqnal kimi qiymətləndirən "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

Əldə olunmuş razılaşmalara əsasən, SOCAR və ya ya onun 100 faizlik törəmə strukturu "Comstock"un bir neçə aktivində minoritar pay əldə edəcək. Sövdələşmə çərçivəsində "Comstock Legacy Haynesville" hasilat aktivlərində 20 %, "Western Haynesville"də 15 %, "Pinnacle Gas Services LLC"nin ("Comstock" 73 %-lik paketə sahibdir) kapitalında 15 % payın alınması nəzərdə tutulur.

Tranzaksiyanın məcmu dəyəri standart düzəlişlər nəzərə alınmaqla nağd şəkildə 1,65 milyard ABŞ dolları təşkil edir. Qoyulan iinvestisiyalardan 15 % gəlir əldə edildikdən beş il sonra SOCAR-ın "Western Haynesville" layihələrindəki 15 %-lik payı 7,5 %-ə qədər azaldılacaq.

"Bu tranzaksiya şirkətə cari il üçün sərbəst pul axını kəsirini ödəməyə və qısamüddətli kredit göstəricilərini yaxşılaşdırmağa imkan verəcək", - agentlik qeyd edir.

Sövdələşmə iştirakçıları yekun sazişi 2026-cı il oktyabrın 31-dək imzalamağı planlaşdırırlar, standart şərtlər yerinə yetirildiyi təqdirdə sövdələşmənin başa çatdırılması bu ilin sonuna nəzərdə tutulub (qüvvəyə minmə tarixi kimi 1 iyul 2026-cı il müəyyən edilib). Bundan başqa, SOCAR əldə edilmiş paylara mütənasib olaraq "Comstock"un müvafiq regionlardakı gələcək layihələrində iştirak etmək imkanı qazanacaq və ABŞ şirkətinin beynəlxalq təbii qaz bazarlarına çıxışını təmin edəcək.

Agentliyin analitikləri vurğulayırlar ki, razılaşmanın müsbət xarakterli olmasına baxmayaraq, yekun müqavilə hələ bağlanmayıb və şirkətin maliyyə nəticələri əvvəlki kimi qaz bazarındakı vəziyyətdən əhəmiyyətli dərəcədə asılıdır. "Comstock" cəlb olunmuş bütün aktivlər üzərində əməliyyat nəzarətini, həmçinin "Pinnacle" infrastruktur biznesindəki majoritar paketi (62 % pro forma) özündə saxlayacaq. Cəlb edilən vəsaitlərin kredit xətti üzrə borcun ödənilməsi, 2029-cu ildə ödənilməli olan istiqrazların potensial geri alınması (vaxtından əvvəl geri çağırılma imkanı 2027-ci ilin martında yaranır), eləcə də ümumi korporativ ehtiyaclar və "Western Haynesville"dəki aktivlərin mənimsənilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.

"S&P Global Ratings" "Comstock"un emitent kredit reytinqini "B" səviyyəsində təsdiqləyib, proqnoz "Sabit"dir.

Paylaş

Xəbər lenti

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" Bu gün, 09:48 "Qarabağ"ın sabiq ulduzu Bakıya gəldi Bu gün, 09:48 Anar Rzayevə ağır itki Bu gün, 09:48 SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 6,64 dollar ucuzlaşıb Bu gün, 09:48 Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi Bu gün, 09:48 Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib Bu gün, 09:48 Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik" Bu gün, 08:48 Bavariyanın iqtisadiyyat naziri Berlində hotel otağında ölü tapıldı Bu gün, 08:48 Çempionlar Liqası: "Komo" səfərdə 9 qolla qalib gəlib Bu gün, 08:48 Qızılın qiyməti yenidən 4 100 dolları keçdi Bu gün, 08:48 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - TƏFƏRRÜAT Bu gün, 08:48 UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub Bu gün, 02:48 "Vikinq" - "Sabah" oyununda dördüncü qol vurulub Bu gün, 01:48 UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb Bu gün, 00:48 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 00:48 Iğdır şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur Bu gün, 00:48 "Vikinq" - "Sabah" oyununda hesabı bərabərləşib Bu gün, 00:48 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 23:48 "Etibarsız" pulu bu yolla "etibarlı" etdilər Dünən, 23:48 Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir Dünən, 23:48 Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır Dünən, 23:48 Bakının bu həyətində sakinlər rahatlıq tapa bilmir – Əyyaşlar məhəlləni ələ keçirib Dünən, 23:48 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq Dünən, 22:48 Podiumlardan mətbəxə: Məşhur model restoran açıb, yemək bişirir Dünən, 22:48 BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar Dünən, 22:48 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər Dünən, 22:48 Tez-tez xəstələnənlərin nəzərinə - Həkimdən vacib tövsiyələr Dünən, 22:48 Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir Dünən, 22:48 10-a yaxın kənd işıqsız qaldı Dünən, 21:48 Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək" Dünən, 21:48 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Əlillik təyinatından razı qalmayan şəxslər yenidən müayinədən keçə bilərlər - QAYDA Dünən, 21:48 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı Dünən, 21:48 Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? Dünən, 20:48 Mourinyo: "Bu, çox ağır və kədərlidir" Dünən, 20:48 "Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb Dünən, 20:48 Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq Dünən, 20:48 Tramp iki Avropa ölkəsinin gələcəyi ilə bağlı proqnoz verdi Dünən, 20:48 Yol vergisindən daxilolmalar azalacaq Dünən, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib Dünən, 19:48 Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək Dünən, 19:48 İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur Dünən, 19:48 Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək? Dünən, 19:48 Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb Dünən, 18:48 Azərbaycanda soyuducularla bağlı XƏBƏRDARLIQ Dünən, 18:48 Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR