
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırovu "Vətən qarşısında xidmətlərə görə" ordeninin II dərəcəli medalı ilə təltif edib.
BAKU.WS xəbər verir ki, Əhməd Kadırov Çeçenistanın Bədən Tərbiyəsi və İdman naziri vəzifəsində çalışır.
Çeçenistan hökumətinin yaydığı məlumatda onun gənc yaşına baxmayaraq, nazirlikdə uğurlu fəaliyyət göstərdiyi və idarəçilik bacarığı nümayiş etdirdiyi bildirilib.
Əhməd Kadırov 2026-cı ilin mayında "Axmat" klubunun MMA döyüşçüsü Cihad Yunusovla bağlı qərarı ilə də gündəmə gəlmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.