
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Həsənsu kəndi ərazisində toy məclisində qeydə alınıb.
Rayonun Vurğun qəsəbəsində qeydiyyatda olsa da, Həsənsu kəndində yaşayan 1978-ci il təvəllüdlü Elçin Ratif oğlu Kərimov tanışı, kənd sakini, 1983-cü il təvəllüdlü Şanan İsmayıl oğlu İsmayılov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.İsmayılov saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.