
2025-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 445 xəstələnmə halı qeydə alınıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bunlardan 53 577-si dövlət, 1 868-i isə qeyri-dövlət bağçalarının payına düşüb.
Ən çox qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları qeydə alınıb. Bu kateqoriya üzrə dövlət bağçalarında 31 429, qeyri-dövlət bağçalarında isə 1 265 xəstələnmə halı olub.
Kəskin tonzillit üzrə dövlət bağçalarında 15 538, qeyri-dövlət bağçalarında 272 hal qeydə alınıb. Pnevmoniya üzrə bu göstəricilər müvafiq olaraq 514 və 18 olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.