
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib.
BAKU.WS xəbər verir ki, "Haber Global" telekanalı Azərbaycan Prezidentinin Vyetnamın Baş naziri Le Minh Hung ilə görüşünə həsr olunmuş videosüjet hazırlayıb.
Süjetdə bildirilir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətləri və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı Vyetnam hökumətinin və xalqının göstərdiyi həmrəyliyi xatırladaraq, bu ölkənin Azərbaycana, o cümlədən BMT Təhlükəsizlik Şurasında güclü dəstək verdiyini bildirib.
Vyetnamın baş naziri yaxın vaxtlarda Azərbaycanda səfirlik açacaqlarını bəyan edib. İlham Əliyev isə diplomatik nümayəndəliklərin tam gücü ilə fəaliyyət göstərməsinin ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcəyini vurğulayıb.
Daha ətraflı videosüjetdə:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.