Bu gün, 18:48 87

Bakıda Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı

Noyabrın 16-da paytaxtın Binəqədi rayonunun Həmzə Babaşov küçəsində yerləşən evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə cinayətdə şübhəli bilinən Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb.

O bildirib ki, 2008-ci il təvəllüdlü oğlu A.Mehdiyevin psixoloji problemləri olub və bununla əlaqədar müalicə alıb. Son aylarda isə Ayxanın vəziyyəti daha da ağırlaşıb:

"Mənim 16 yaşlı digər oğlum onkoloji xəstədir. Onu Türkiyədə müalicə etdiririk. Hər ayın böyük hissəsini Ankarada onun yanında oluram. İndiyədək doqquz dəfə kimyaterapiya kursu keçib. Bu müddətdə Ayxanın da xəstəliyi kəskinləşib. İki ay idi ki, gecələr yata bilmirdi. Əvvəllər də psixoloji xəstəlik keçirmişdi. 2022-ci ildə müalicə aldıqdan sonra vəziyyəti xeyli yaxşılaşmışdı. Növbəti dəfə 2025-ci ildə müalicə almışdı. "Montin"dəki Psixi Sağlamlıq Mərkəzində professor Nadir İsmayılovun, daha sonra isə digər həkim Samirə xanımın qəbulunda olub. Mən özümü qınayıram ki, son aylarda Ayxanla yaxından maraqlana bilməmişəm. Anası deyirdi ki, yuxu dərmanı qəbul edib, vəziyyəti yaxşılaşıb. Amma xərçəngdən əziyyət çəkən digər övladıma görə ona lazımi diqqəti göstərə bilməmişik".

Fotoda Ayxan Mehdiyev

Bakıda Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı

Ağa Mehdiyev hadisədən sonra həbs edilən oğlu ilə istintaq dövründə görüşdüyünü bildirib:

"O, hələ də özündə deyil. Görüşün sonunda ayağa qalxdım, soruşdu ki, mən də gəlirəm? Yəni hələ də özündə deyil. Soruşuram ki, kimi görmək istəyirsən, kim gəlsin səni görməyə? Yenə susur, özündə deyil. Mən özümü qınayıram ki, onu niyə vaxtında həkimə aparmadım. Əslində, həkimə zəng etmişdim. Dedi ki, məzuniyyətdədir. Sonra səhlənkarlıq etdim, aparmadım. Anası yuxu dərmanları verdi, bir az yaxşılaşdı, sonra vəziyyəti daha da pisləşdi. Əvvəllər çox yaxşı idi. Öz bacarığı ilə İdman Akademiyasına qəbul olunmuşdu, ikinci kursda təhsil alırdı".

Bakıda Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı

Faciə ilə üzləşən ata övladları arasında heç vaxt ayrı-seçkilik qoyulmadığını, onların bir-biri ilə münasibətlərinin həmişə yaxşı olduğunu bildirib:

"Ayxan xəstəxanada olanda Gülarə ilə birlikdə onu gül-çiçəklə qarşılamağa getmişdik. İndi sosial şəbəkələrdə kimlərsə ağzına gələni yazır, bilib-bilmədən fikirlər bildirirlər. Amma yıxılana balta vurmaq olmaz axı. Bizim öz dərdimiz var. Ailəmizdə heç vaxt uşaqlar arasında ayrı-seçkilik olmayıb. İndi qızımın yarımçıq rəsmləri qalıb evdə... O, həmişə öz sənətinə diqqət yetirirdi. Bu hadisə ailəmiz üçün böyük zərbə olub".

Bakıda Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı

Paylaş

Xəbər lenti

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə gəlib Bu gün, 18:48 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? Bu gün, 18:48 İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən 60 min manatlıq mallar aşkar olunub Bu gün, 18:48 MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib Bu gün, 18:48 3 məktəblini maşın vurub Bu gün, 18:48 Bakıda Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı Bu gün, 18:48 Azərbaycan Premyer Liqası: "Zirə" XII turun açılış oyununda "İmişli" ilə heç-heçə edib Bu gün, 17:48 Beyin üçün faydalı olan 3 SUPER QİDA Bu gün, 17:48 Sabiq rektorun xanımı Nərman Qocatürkün ölümü ilə bağlı iddialara cavab verdi Bu gün, 17:48 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? Bu gün, 17:48 "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib Bu gün, 17:48 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı Bu gün, 17:48 ADSEA: Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək Bu gün, 17:48 Dünyanın ən yaraşıqlı kişisi hesab edilən bloqerə ağır ittihamlar irəli sürüldü Bu gün, 17:48 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb Bu gün, 16:48 Azercell-in "30 il səninlə" lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı! Bu gün, 16:48 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu Bu gün, 16:48 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb Bu gün, 16:48 SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib Bu gün, 16:48 Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır Bu gün, 16:48 IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur Bu gün, 16:48 İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx Bu gün, 16:48 Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək Bu gün, 16:48 Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır Bu gün, 16:48 Azərbaycanda nikahlar azalıb, boşanmaların sayı isə... Bu gün, 16:48 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Yağış və qar yağacaq Bu gün, 16:48 AMEA-nın strukturunda dəyişiklik edilib Bu gün, 15:48 AZAL iki beynəlxalq mükafata layiq görülüb Bu gün, 15:48 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu Bu gün, 15:48 Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını təsis edir Bu gün, 15:48 Adəm Məmmədova yenidən cinayət işi açıldı Bu gün, 15:48 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır: Yeni qaydalar Bu gün, 15:48 Məşhur müğənni bir neçə gün sonra ailə qurur Bu gün, 15:48 Bakıda iki maşın bir-birinə çırpıldı Bu gün, 15:48 Taksi minik avtomobili sürücülərinin test imtahanı dekabrın 3-də keçiriləcək Bu gün, 15:48 Gülay "Düz deyil"i təqdim etdi Bu gün, 14:48 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq Bu gün, 14:48 Quba Soyqırımı Muzeyi ölkə əhəmiyyətli abidələr siyahısına salındı Bu gün, 14:48 "Barselona"nın Bakıya gəliş tarixi BİLİNDİ Bu gün, 14:48 Arzu Əliyeva və Leyla Əliyeva Hanoyda Bu gün, 14:48 İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb Bu gün, 14:48 Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb Bu gün, 14:48 Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib Bu gün, 13:48 Şənbə günü Azərbaycanda 21° dərəcə isti olacaq Bu gün, 13:48 Qusarda hoteldə təlim keçirildi Bu gün, 13:48 Perihan Savaş: "İnsan öz anası olduğu halda qayınanasına ana deməz" Bu gün, 13:48 Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı Bu gün, 13:48 "GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR