Bu gün, 20:48 86

Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək?

Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi, regional və beynəlxalq təhdidlərə qarşı birgə fəaliyyət imkanlarını artırmağı planlaşdırır.

Bu məsələlər iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamədə əksini tapıb.

Sənəddə müdafiə sənayesi, hərbi təlimlər, potensialın artırılması və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bəs bu razılaşma Azərbaycan-Böyük Britaniya hərbi münasibətlərinə necə təsir göstərəcək?

AVESTA.AZ xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında sözügedən sənədin imzalanması mühüm əhəmiyyət kəsb edir.

O bildirib ki, sənəd hər iki ölkənin milli maraqlarına xidmət edir:

Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək?

"Bəyannamədə regional sülh və sabitliyin dəstəklənməsi, bu istiqamətdə birgə əməkdaşlığın gücləndirilməsi, ümumi təhdidlərin qarşısının alınması və digər məsələlər əksini tapıb. Azərbaycan Böyük Britaniya ilə uzun müddətdir hərbi sahədə də sıx əməkdaşlıq edir. Əvvəllər Böyük Britaniyanın Azərbaycandakı səfirliyində hərbi attaşe institutu yox idi və ölkəmizlə hərbi əməkdaşlıq başqa ölkədə yerləşən hərbi attaşe vasitəsilə koordinasiya olunurdu. Artıq Böyük Britaniya Azərbaycana öz hərbi attaşesini təyin edib. Hərbi attaşenin təyin olunması o deməkdir ki, sülhün və sabitliyin qorunması üçün ölkələr müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha yaxından əlaqələndirir, müzakirələr aparır və qarşılıqlı səfərlər həyata keçirirlər. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri mütəmadi olaraq Böyük Britaniyada müxtəlif kurslarda iştirak edirlər. Bunlara həm NATO çərçivəsində, həm də ikitərəfli əsasda təşkil olunan təlimlər daxildir. Həmin kurslar Azərbaycan zabitlərinin dil biliklərinin və dünyagörüşünün artırılmasına xidmət edir".

Ekspert əlavə edib ki, Böyük Britaniya Azərbaycanla yalnız Müdafiə Nazirliyi xətti ilə deyil, Dövlət Sərhəd Xidməti və digər qurumlar vasitəsilə də əməkdaşlıq edir:

"Bütün bunlar iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər yaradır. Hər iki ölkə regional sülh və sabitliyin qorunması üçün həm diplomatik, həm də hərbi sahədə oxşar mövqedən çıxış edir. Bu gün dünyada müdafiə və təhlükəsizlik sahəsində ciddi problemlər, müxtəlif təhdidlər mövcuddur. Azərbaycan və Böyük Britaniya bu təhdidlərin qarşısının alınması istiqamətində əməkdaşlıq edir və bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər. Azərbaycan Böyük Britaniya ilə münasibətlərə böyük önəm verir. Böyük Britaniya da müstəqilliyimizin ilk illərindən etibarən ölkəmizə iqtisadi və digər sahələrdə xüsusi diqqət ayırıb. Bundan başqa, Azərbaycan Böyük Britaniyaya Müdafiə Sənayesi Nazirliyi xətti ilə istehsal etdiyi bəzi avadanlıq və məhsulları da təklif edir. Böyük Britaniyanın maraq göstərdiyi hərbi təyinatlı, müdafiə və təhlükəsizlik sahələrinə aid avadanlıqlar var. Tərəflər bu məsələlər üzrə bəzən razılığa gəlir və əməkdaşlıq müsbət nəticələnir. Yəni Azərbaycanla Böyük Britaniya təkcə müdafiə və təhlükəsizlik sahəsində deyil, regional sülhün dəstəklənməsi istiqamətində də əməkdaşlıq edirlər. Qarabağ məsələsində Böyük Britaniyanın nümayiş etdirdiyi prinsipial mövqe Azərbaycan tərəfindən bu gün də yüksək qiymətləndirilir".

Paylaş

Xəbər lenti

Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək? Bu gün, 20:48 Bakıda mağazadan oğurluğa cəhd edən qadınların kimliyi müəyyənləşdi Bu gün, 20:48 Fərda İmanov vəzifəsindən azad olundu Bu gün, 20:48 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir Bu gün, 20:48 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib Bu gün, 19:48 Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Bu gün, 19:48 "Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Bu gün, 19:48 Azərbaycanla Vyetnam arasında münasibətlərdə yeni mərhələ: "Haber Global"dan xüsusi süjet Bu gün, 19:48 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb Bu gün, 19:48 Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə gəlib Bu gün, 18:48 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? Bu gün, 18:48 İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən 60 min manatlıq mallar aşkar olunub Bu gün, 18:48 MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib Bu gün, 18:48 3 məktəblini maşın vurub Bu gün, 18:48 Bakıda Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı Bu gün, 18:48 Azərbaycan Premyer Liqası: "Zirə" XII turun açılış oyununda "İmişli" ilə heç-heçə edib Bu gün, 17:48 Beyin üçün faydalı olan 3 SUPER QİDA Bu gün, 17:48 Sabiq rektorun xanımı Nərman Qocatürkün ölümü ilə bağlı iddialara cavab verdi Bu gün, 17:48 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? Bu gün, 17:48 "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib Bu gün, 17:48 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı Bu gün, 17:48 ADSEA: Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək Bu gün, 17:48 Dünyanın ən yaraşıqlı kişisi hesab edilən bloqerə ağır ittihamlar irəli sürüldü Bu gün, 17:48 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb Bu gün, 16:48 Azercell-in "30 il səninlə" lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı! Bu gün, 16:48 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu Bu gün, 16:48 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb Bu gün, 16:48 SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib Bu gün, 16:48 Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır Bu gün, 16:48 IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur Bu gün, 16:48 İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx Bu gün, 16:48 Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək Bu gün, 16:48 Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır Bu gün, 16:48 Azərbaycanda nikahlar azalıb, boşanmaların sayı isə... Bu gün, 16:48 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Yağış və qar yağacaq Bu gün, 16:48 AMEA-nın strukturunda dəyişiklik edilib Bu gün, 15:48 AZAL iki beynəlxalq mükafata layiq görülüb Bu gün, 15:48 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu Bu gün, 15:48 Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını təsis edir Bu gün, 15:48 Adəm Məmmədova yenidən cinayət işi açıldı Bu gün, 15:48 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır: Yeni qaydalar Bu gün, 15:48 Məşhur müğənni bir neçə gün sonra ailə qurur Bu gün, 15:48 Bakıda iki maşın bir-birinə çırpıldı Bu gün, 15:48 Taksi minik avtomobili sürücülərinin test imtahanı dekabrın 3-də keçiriləcək Bu gün, 15:48 Gülay "Düz deyil"i təqdim etdi Bu gün, 14:48 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq Bu gün, 14:48 Quba Soyqırımı Muzeyi ölkə əhəmiyyətli abidələr siyahısına salındı Bu gün, 14:48 "Barselona"nın Bakıya gəliş tarixi BİLİNDİ Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR