
Sənətə çox bağlı insan olaraq teatr onun həyatı idi.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Xalq artisti Aleksandr Şarovskinin həyat yoldaşı Natalya Şarovskaya mərhum sənətkarın vida mərasimində deyib.
O, Xalq artistinin çox yaxşı insan və sənətkar kimi bənzərsiz olduğunu bildirib:
"Ömrünün böyük hissəsini teatra həsr edib, onun inkişaf etdirilməsinə xidmət göstərib. Sənətə bağlı insan olaraq teatr onun həyatı idi".
N.Şarovskaya Xalq artistinin xəstəliyi dövründə onun müalicəsinə diqqət göstərdikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.