9-09-2026, 15:48 180

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb

"TRIPP layihəsi istiqamətində işlər uğurla davam etdirilir".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, layihə istiqamətində əsas danışıqlar Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında keçirilir:

"Çünki TRIPP layihəsi, yəni dəhlizə aid olan hissə - 42 kilometrə yaxın ərazi - Ermənistan ərazisidir və burada əsas danışıqlar tərəfi Amerika Birləşmiş Ştatları ilə Ermənistandır. Amerika Birləşmiş Ştatlarından olan tərəfdaşlar mütəmadi şəkildə Azərbaycan tərəfini işlərin, danışıqların gedişatı barədə məlumatlandırırlar və bu da çox təbiidir. Çünki bu layihənin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan sərhədidir və Azərbaycanın bilavasitə iştirakı olmadan bu layihənin həyata keçirilməsi mümkünsüzdür.

Eyni zamanda, burada həmin idarəetmə şirkətinin qurulması, orada olan razılaşmalar, potensial investorların, Amerika Birləşmiş Ştatlarının investorlarının bu layihəyə cəlb edilməsi - bütün bu razılaşmaların həyata keçirilməsi müəyyən vaxt tələb edir.

Bizə verilən məlumatlar ondan ibarətdir ki, bu işlər, danışıqlar uğurla davam etdirilir".

Nazir əlavə edib ki, verilən məlumata görə, ilin sonuna kimi fiziki olaraq işlərin başlanması ehtimalı var idi:

"Hazırda razıyam ki, ictimai məkanda səsləndirilən, o cümlədən bizim eşitdiyimiz məlumatlar bir qədər bu işin daha gec, yəni fiziki işlərin başlanmasının 2027-ci ilə keçirilməsi gözləntisini yaradır.

Bizim yanaşmamız ondan ibarətdir ki, bu layihə nə qədər tez icra olunsa, bir o qədər yaxşıdır. Bunun həm Azərbaycan, həm Ermənistan, həm də daha geniş coğrafiyanı əhatə edən digər region ölkələri üçün çox sayda faydası var.

Azərbaycan öz üzərinə düşən işləri ölkənin əsas ərazisində həm dəmir yolu, həm də avtomobil yolu magistralları üzrə Ermənistan sərhədi istiqamətində uğurla davam etdirir və 2027-ci ilin əvvəlində artıq bu işlərin yekunlaşması planlaşdırılır.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xətlərinin bərpa edilməsi istiqamətində də artıq Prezidentin tapşırığına əsasən müvafiq işlərə başlanılıb.

Həmin layihədə iştirak etmək marağı göstərən beynəlxalq tərəfdaşlar da mövcuddur, onlarla da danışıqlar gedir. Ancaq o danışıqların getməsinə rəğmən, yəni onların nəticəsini göstərməsini gözləmədən Azərbaycan tərəfi orada da fiziki işləri həyata keçirir.

Yəni biz özümüz çox sürətlə irəliləyirik və bu da bir daha bizim özümüzün belə önəmli regional layihəyə yanaşmamızın əyani göstəricisidir".

Paylaş

Xəbər lenti

Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub Dünən, 23:48 25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib Dünən, 23:48 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu Dünən, 23:48 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb Dünən, 23:48 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək? Dünən, 22:48 Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər" Dünən, 22:48 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir? Dünən, 22:48 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub Dünən, 22:48 Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək Dünən, 21:48 Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb Dünən, 21:48 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək Dünən, 21:48 Pensiyaların tam indeksləşdirilməsi kimlərə şamil olunacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb" Dünən, 21:48 Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Dünən, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Dünən, 20:48 Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? - SƏBƏBLƏR Dünən, 20:48 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək Dünən, 20:48 Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb Dünən, 20:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Dünən, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Dünən, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Dünən, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Dünən, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Dünən, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Dünən, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Dünən, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Dünən, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Dünən, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Dünən, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Dünən, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Dünən, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Dünən, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Dünən, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Dünən, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Dünən, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Dünən, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Dünən, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Dünən, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Dünən, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Dünən, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Dünən, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Dünən, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Dünən, 16:48 İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır Dünən, 16:48 Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Dünən, 16:48 Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR