Bu gün, 15:48 29

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib

Bu gün Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (AQEM – CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda beynəlxalq konfransı baş tutub.

BAKU.WS "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, səhmdar cəmiyyətinin Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə baş tutan konfrans Asiyanın müxtəlif ölkələrindən liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələrini bir araya gətirərək regionda nəqliyyat və logistika əlaqələrinin inkişafı, limanlar arasında əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi üçün mühüm platforma yaradıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi ölkənin regional nəqliyyat və logistika rolunu gücləndirir, Bakı Limanının ADY-yə inteqrasiyası, eləcə də dayanıqlı infrastruktur layihələri yükdaşımaların səmərəliliyini və tranzit imkanlarını artırır: "Bu yanaşma dəmir yolu və dəniz nəqliyyatı arasındakı maneələri aradan qaldıraraq əməliyyat səmərəliliyini yüksəldir – əlaqələndirmə proseslərinin müddətini qısaldır, koordinasiyanı gücləndirir və yüklərin daha sürətli hərəkətini təmin edir. Hazırda isə konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində ciddi çalışırıq. Bilirsiniz ki, Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEU üçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEU olacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü təxminən 300 min TEU etməkdir. Bu da, bütövlükdə Orta Dəhlizin buraxılış gücünə əlavə töhfə vermiş olacaq.

Sədr əlavə edib ki, Xəzər dənizində su səviyyəsinin azalması və qlobal ticarət marşrutlarındakı çağırışlar regional əməkdaşlığın əhəmiyyətini artırır və CICA liman rəhbərləri konfransı bu çağırışlarla bağlı birgə həllərin formalaşdırılması üçün mühüm platformadır.

Tədbirdə çıxış edən CICA-nın katibi Kayrat Sarıbay isə Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyinin artırılmasında limanların rolunun əhəmiyyətini qeyd edib və bu cür tədbirlərin təşkilinin əməkdaşlığın dərinləşdirilməsi baxımından vacibliyini vurğulayıb.

Konfrans "Regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqlar" və "Limanların və multimodal bağlantının əhəmiyyəti" adlı iki ayrı sessiya və "dəyirmi masa" ilə davam edib.

Sessiyalar çərçivəsində regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqların yük axınlarının səmərəli təşkili, eləcə də dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inteqrasiyası məsələləri müzakirə olunub.

Tədbirdə limanların regional bağlantıların inkişafında rolu ilə yanaşı, Orta Dəhliz vasitəsilə dənizə çıxışı olmayan ölkələrin nəqliyyat imkanlarının gücləndirilməsi, limanların mövcud potensialı və Asiyada yük axınlarının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Bakı Limanı hazırda regional yük əməliyyatları üçün mühüm halqa kimi daha geniş diqqət mərkəzindədir. Ötən il limanda 107 min TEU konteyner və 8 milyon tondan çox yük aşırılmaqla rekord nəticələr əldə olunub. Bu isə öz növbəsində beynəlxalq yük əməliyyatları üçün yeni imkanlar təqdim edir.

Həmçinin CICA üzv dövlətlərin liman qurumları arasında ikitərəfli işgüzar görüşlər keçirilib və limanlar arasında əməkdaşlığın inkişafına dair strateji müzakirələr aparılıb. Görüşlərin nəticəsi olaraq birgə Yekun Sənəd qəbul edilib.

Konfransın ikinci günündə iştirakçılar Bakı Beynəlxalq Dəniz Limanına səfər edərək limanın Ümumi yük, Bərə və Ro-Ro terminalları ilə tanış olacaq, həmçinin limanın rəqəmsal sistemlərinin tətbiqi ilə bağlı təqdimatları izləyəcəklər.

"Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda beynəlxalq konfrans Bakı Limanının Asiya regionunda limanlararası əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafında rolunu daha da gücləndirəcək.

Paylaş

Xəbər lenti

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib Bu gün, 15:48 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb Bu gün, 15:48 Nepalda sel fəlakəti: ölənlərin sayı 1367-yə çatıb Bu gün, 15:48 İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı Bu gün, 15:48 Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR Bu gün, 15:48 İsveç ölkəni tərk edən miqrantlara 37 min dollar ödəyəcək Bu gün, 15:48 Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb Bu gün, 15:48 Adil Kərimli: Aleksandr Şarovski Azərbaycan teatr tarixində mühüm yer tuturdu Bu gün, 15:48 Aleksandr Şarovskinin həyat yoldaşı: Teatr onun həyatı idi Bu gün, 15:48 Paytaxtda zibil qutuları niyə qıfıllanıb? - Şikayətə rəsmi reaksiya Bu gün, 15:48 Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus Bu gün, 15:48 CENTCOM İranın iki ABŞ hərbi gəmisini vurması barədə iddiaları təkzib edib Bu gün, 15:48 Məşqçi 4 həftəyə bədən quruluşunu dəyişməyin yolunu açıqladı Bu gün, 15:48 Azercell ilk  yeni nəsil diler mağazasını istifadəyə verir Bu gün, 14:48 Tomat beyin fəaliyyətinə necə təsir edir? Bu gün, 14:48 Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir Bu gün, 14:48 Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş Bu gün, 14:48 TDT Baş katibi: "Türkdilli ölkələr "yaşıl layihə"ləri birgə maliyyələşdirməyi planlaşdırır" Bu gün, 14:48 Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub Bu gün, 14:48 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib Bu gün, 14:48 İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər Bu gün, 14:48 Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir Bu gün, 14:48 Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb Bu gün, 14:48 "Sabah"ı "Mançester Yunayted"lə oyunda 300-ə yaxın azarkeş dəstəkləyəcək Bu gün, 13:48 Sinqapur Baş nazirinin maaşına 1 milyon dollardan çox artım ediləcək Bu gün, 13:48 Nebahat Çehre 80-ci illərdə çəkilən fotosunu yaydı Bu gün, 13:48 İcbari sığorta ilə özəl klinikalara müraciət edənlər üçün YENİ XƏBƏR Bu gün, 13:48 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir Bu gün, 13:48 Tarixin ən böyük kriptovalyuta oğurluqlarından biri: 245 milyon dollar Bu gün, 13:48 Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir Bu gün, 12:48 Bu il Bakı Limanında 9 milyon tona yaxın yük aşırılması hədəflənir Bu gün, 12:48 Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür Bu gün, 12:48 İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib Bu gün, 12:48 İsrail Britaniya diplomatlarına 7 gün vaxt verdi Bu gün, 12:48 Zaur Rzayevə assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olundu Bu gün, 12:48 Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI: Tros qırılıb, yoxsa? Bu gün, 12:48 Bakıya yağış yağacaq Bu gün, 12:48 Müşfiq Ələsgərli: Azərbaycan informasiya məkanının dezinformasiyalardan qorunmasında QHT-lərin rolu böyükdür Bu gün, 12:48 Xalq artisti Aleksandr Şarovski ilə vida və dəfn yeri məlum oldu Bu gün, 11:48 Dövlət əleyhinə çağırışlar etdiyinə görə DTX-nın saxladığı şəxsə hökm oxunub Bu gün, 11:48 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək Bu gün, 11:48 Kişiləri cinsi münasibət adı ilə aldadıb, 3 nəfəri öldürdü Bu gün, 11:48 Şlapaçenko: COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çıxarıb Bu gün, 11:48 Anar Bayramov direktor müavinini işdən çıxardı Bu gün, 11:48 İşə düzəltmək adı ilə vətəndaşın 24 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 11:48 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş Bu gün, 11:48 Azərbaycan əhalisinin gəlirləri 9 %-dən çox artıb Bu gün, 11:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR