
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
AVESTA.AZ-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V.Cəbrayılov saxlanılıb. Ondan ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıb. Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.