
Kanada ilə ABŞ arasında ticarət danışıqlarının nəticəsiz qalmasından sonra Ottava Avropa İttifaqı ilə əlaqələri genişləndirmək niyyətindədir.
BAKU.WS "The Wall Street Journal" (WSJ) istinadən xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni ölkəsinin Aİ-yə assosiativ üzv kimi qoşulmasını təklif edib.
Məlumata əsasən, Karni son aylarda Almaniya, Fransa və İtaliya da daxil olmaqla, Aİ-nin əsas üzv ölkələrinin rəhbərləri ilə danışıqlar aparıb. Kanadanın əsas məqsədi Avropa bazarına daha sıx inteqrasiya olunmaqdır.
WSJ qeyd edib ki, Brüssel Kanadanın bu təşəbbüsünü müzakirə etməyə müsbət yanaşır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.