
Məşhur repçi Navai (Nəvai Bəkirov) kommunal borcuna görə məhkəməyə verilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Qazeta.ru" məlumat yayıb.
Qeyd edilib ki, məhkəmə icraçıları sənətçidən toplanmış borcu məcburi qaydada almaq üçün hərəkətə keçiblər.
Keçən ilin iyununda "Odintsovo İstilik Şəbəkəsi" ASC müğənniyə qarşı yaşayış sahəsi, kommunal xidmətlər, istilik və elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə iddia qaldırıb.
Reperin 72,1 min rubldan çox borcu yaranıb.
Məhkəmə iddiaçının xeyrinə qərar çıxardıqdan sonra, sentyabrda N. Bəkirova qarşı borcun məcburi yığılması ilə bağlı iş başladılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.