Bu gün, 17:48 107

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib.

AVESTA.AZ xəbər verir ki, bu barədə e1.ru məlumat yayıb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, 30 yaşlı Tiqran avqustun 7-də saxlanılıb. İlkin məlumatlara əsasən, bu iş üzrə onunla birlikdə 33 yaşlı daha bir şəxsin də adı keçir. Onlar tamah məqsədilə və zor tətbiq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğunda ittiham olunurlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsi).

Kamensk-Uralsk şəhərinin Sinarsk Rayon Məhkəməsi istintaqın vəsatəti əsasında hər iki şübhəlini istintaq təcridxanasına göndərib.

Xatırladaq ki, Tiqran Çiçakyan 2016-cı ildə quldurluq və qətl ittihamları ilə doqquz il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 16 avqust 2024-cü ildə cəzaçəkmə müəssisəsindən buraxılıb. Son vaxtlar Beloyarsk rayonunda yaşayıb. Tiqranın mühakimə olunduğu qətl hadisəsi böyük səs-küyə səbəb olmuşdu.

İstintaqın versiyasına görə, 2015-ci il aprelin 19-da o zaman 18 yaşı olan erməni idmançı Alpinistlər küçəsindəki "U Saşi" kafesində vaxt keçirirmiş. Eyni məkanda futbolçu Emil Hüseynov da dostları ilə birlikdə olub. Gecə saatlarında iki qrup arasında mübahisə yaranıb və kütləvi davaya çevrilib. Bu zaman Tiqran rəqibinin sinəsinə bir neçə bıçaq zərbəsi endirib. Aldığı xəsarətlər nəticəsində azərbaycanlı futbolçu həyatını itirib. Tiqranın qardaşı Andranik Çiçakyan isə həmin insidentdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Dostlarının sözlərinə görə, dava zamanı onun alın sümüyü sındırılmışdı. Andranik 2017-ci ildə quldurluq və sağlamlığa ağır zərər vurma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. İki il sonra yenidən quldurluq edərkən yaxalanıb və buna görə üç il müddətinə koloniyaya göndərilib. Tiqran özü azərbaycanlı futbolçunun qətlində günahını heç vaxt etiraf etməyib.

Xəbərdə bildirilir ki, Emil Hüseynov Azərbaycanda kifayət qədər tanınmış futbolçu olub. Onun karyerası ərzində "Neftçi", "Karvan" və "Abşeron" klublarının formasını geyindiyi vurğulanır. 2011-ci ildə peşəkar futbolla vidalaşan idmançının qohumunun biznesinə kömək etmək məqsədilə Yekaterinburqa köçdüyü bildirilir.

Paylaş

Xəbər lenti

Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Bu gün, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Bu gün, 18:48 İnfarkt, insult yarada bilən "arıqlama" məhsulları aşkarlandı: XƏBƏRDARLIQ Bu gün, 18:48 AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib Bu gün, 18:48 Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq Bu gün, 18:48 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 18:48 Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb Bu gün, 18:48 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Bu gün, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Bu gün, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Bu gün, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Bu gün, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Bu gün, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Bu gün, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Bu gün, 17:48 Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü Bu gün, 17:48 Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər Bu gün, 17:48 Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır Bu gün, 17:48 Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib? Bu gün, 17:48 Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar Bu gün, 16:48 Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 16:48 Ramiz Mehdiyevin işində onlar da dindirilib - Yeni adlar Bu gün, 16:48 Məktəbdə parta daşıyan şagirdlərlə bağlı AÇIQLAMA Bu gün, 16:48 Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48 Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır Bu gün, 16:48 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ Bu gün, 16:48 "Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq Bu gün, 16:48 Bolt for Business Baku ID 2026-nın dəstək tərəfdaşıdır Bu gün, 16:48 Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib Bu gün, 16:48 Müğənni Nyu-York Moda Həftəsində ön sıradakı yerə görə hücuma məruz qalıb Bu gün, 16:48 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı Bu gün, 15:48 ADY: Yeni tədris ilinin ilk günündə qatarlarda rekord sayda sərnişin daşınıb Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır Bu gün, 15:48 Seda Sayandan oğluna: "Ayıbdır, artıq evlənsin!" Bu gün, 15:48 "Badamlı" suyunu mamır basıb? - İDDİA Bu gün, 15:48 Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib Bu gün, 15:48 Bakıda AĞLASIĞMAZ QANUN POZUNTUSU - Qoşa xətti pozub qırıq-qırıq etdilər Bu gün, 15:48 Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib Bu gün, 15:48 Rusiyanın modernləşdirilmiş "Vampir" qumbaraatanı Afrikada ilk dəfə nümayiş etdiriləcək Bu gün, 15:48 Cəlilabadda 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar Bu gün, 14:48 "Azərkimya"nın məhsulları bu ölkələrə ixrac olunur Bu gün, 14:48 ADMİU-nun tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI Bu gün, 14:48 SOCAR ABŞ universiteti ilə kadr potensialının inkişafını müzakirə edib Bu gün, 14:48 "Azərkimya"da 95 faizlik hazırlıq: Gələn il yeni işlər başlayır Bu gün, 14:48 Startap və KOB-larla dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub Bu gün, 14:48 Prezidentin sosial media hesablarında "Qobustan" GES-in açılışı ilə bağlı paylaşım edilib Bu gün, 14:48 Rüfət Axundovun qızı universitetə qəbul oldu Bu gün, 14:48 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR