
Qazaxda 1 yaşlı uşaq qəfil vəfat edib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.
Belə ki, I Qarabağ müharibəsi şəhidi Fidat Məmmədovun 1 yaş 2 aylıq nəvəsi Müjgan Ülvi qızı Məmmədli hərarətinin yüksəlməsi səbəbindən həyatını itirib.
Bildirilib ki, ailə üzvləri təcili tibbi yardıma müraciət edib. Lakin briqada çatana kimi uşaq vəfat edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.